Ceyhun Bayramovun moldovalı həmkarı ilə telefon danışığı olub | 1news.az | Xəbərlər
Siyasət

Ceyhun Bayramovun moldovalı həmkarı ilə telefon danışığı olub

15:02 - 21 / 09 / 2020
Ceyhun Bayramovun moldovalı həmkarı ilə telefon danışığı olub

Xarici İşlər naziri Ceyhun Bayramovun Moldova Xarici İşlər və Avropaya İnteqrasiya naziri Oleq Tulea ilə telefon danışığı baş tutub.

Nazirlikdən 1news.az-ın verilən məlumata görə, Moldova tərəfinin təşəbbüsü əsasında keçirilən telefon danışığı zamanı nazir Oleq Tulea Ceyhun Bayramovu Xarici İşlər naziri təyinatı münasibətilə təbrik edib və həmkarına xoş arzularını çatdırıb.

Tərəflər ikitərəfli əməkdaşlıq gündəliyinə daxil olan bir sıra məsələlər, o cümlədən siyasi, iqtisadi, ticarət və digər sahələrdə münasibətlərin genişləndirilməsi üzrə fikir mübadiləsi aparıblar. İki ölkənin Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin tezliklə video-görüş formatında keçirilməsinə dair razılıq ifadə edilib. Azərbaycan və Moldova arasında iqtisadi-ticarət sahəsində əməkdaşlığın daha da inkişafı və mövcud potensialdan tam istifadə olunmasının əhəmiyyəti vurğulanıb.

Nazir Oleq Tulea COVİD-19 pandemiyası ilə mübarizədə Azərbaycan tərəfinin Moldovaya göstərdiyi dəstəyə görə təşəkkürünü ifadə edib. Tərəflər qlobal sağlamlıq böhranı ilə mübarizədə beynəlxalq həmrəyliyin və əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.

Nazir Ceyhun Bayramov həmkarına Ermənistanın bölgədə gərginliyi artıran son təxribatçı fəaliyyəti, o cümlədən Ermənistan rəhbərliyinin təhrikçi bəyanat və əməlləri barədə ətraflı məlumat verib, bu kimi fəaliyyətin münaqişənin danışıqlar yolu ilə həllinə zərbə vurduğunu qeyd edib. Bu gün də iki dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində Azərbaycanlı hərbi qulluqçunun şəhid olduğunu bildirən nazir, bu cinayətin bütün məsuliyyətinin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü vurğulayıb.

Nazirlər telefon danışığı zamanı, habelə qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparıblar.

Qafar Ağayev

Paylaş:
720

Son xəbərlər

Baş prokurorun Çinə işgüzar səfəri başa çatıbBu gün, 15:19Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıbBu gün, 15:03Hesablama Palatasının builki hesabatında Dayanıqlı İnkişaf Məqsədləri prioritetləşdiBu gün, 14:55Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - FOTOBu gün, 14:45Bakı aeroportu yenidən “Skytrax” mükafatına layiq görülübBu gün, 14:41"Təfəkkür” Universitetinin prorektorunun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyibBu gün, 14:35Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaqlarBu gün, 14:12Xəzər dənizində tikinti üçün süni torpaq sahələri yaradılacaqBu gün, 13:51Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıbBu gün, 13:34Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:182024-2025-ci tədris ili üçün “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilirBu gün, 12:59Məleykə Abbaszadədən gənclərə çağırış: “Ali məktəbə qəbul olmaq üçün yalnız bal toplamaq kifayət etmir”Bu gün, 12:5430 dərəcə isti olacaq - Sabahın HAVASIBu gün, 12:40Azərbaycan Mərkəzi Bankı ilə Visa arasında əməkdaşlıq imkanları müzakirə edilibBu gün, 12:32Məzahir Pənahov parlament seçkilərini müşahidə etmək üçün Maldivə gedirBu gün, 12:27Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıbBu gün, 12:20Deputat: “ABŞ sülhməramlı missiyanın çıxmasını alqışlamalı, Azərbaycanı təbrik etməli idi”Bu gün, 11:53FHN: Ötən sutka 4 nəfər xilas edilibBu gün, 11:51Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunubBu gün, 11:33“Xəzər səması-2024”birgə taktiki təlimi keçirilib - VİDEOBu gün, 11:20
Bütün xəbərlər