Ceyhun İmanov ilə Brend = Təcrübə adlı tədbir keçiriləcək | 1news.az | Xəbərlər
İqtisadiyyat

Ceyhun İmanov ilə Brend = Təcrübə adlı tədbir keçiriləcək

15:39 - 12 / 11 / 2019
Ceyhun İmanov ilə Brend = Təcrübə adlı tədbir keçiriləcək

“Startup Grind Baku” təşkilatçılığı ilə keçiriləcək tədbir sahibkar, dizayn və brendinq eksperti Ceyhun İmanov ilə baş tutacaq.

1news.az-ın verdiyi xəbərə görə, “Fireside Chat” formatında baş tutacaq tədbirdə Ceyhun İmanov iştirakçılarla öz dizayn, brendinq, marketinq kimi fəaliyyət göstərdiyi bir çox sahədə öz təcrübəsini bölüşəcək.

30 noyabr 2019-cu il tarixində “The Office” Kovörkinq Mərkəzində “Brend = Təcrübə” adlı tədbirin spikeri Ceyhun İmanov dizayn və brendinqlə yanaşı, reklam, veb və qrafik dizayn sahələrində 1000-dən çox proyektin qurucusu olan “Jeyhun Imanov Studio - JIS”-nun təsisçisidir. Ceyhun bəyin sahibkarlıq fəaliyyəti olan “JIS” 60 ildir ən yaxşı layihələrin mükafatlandırıldığı məşhur “The Red Dot Design Award” dizayn mükafatı ilə təltif edilib. Bunu da qeyd edək ki, Azərbaycanda bu mükafata layiq görülən ilk dizayn şirkəti olmuşdur.

Tədbirdə iştirak etmək üçün http://bit.ly/SGBbrandexperience vasitəsi ilə bilet əldə etmək mümkündür.

Qeyd edək ki, "Startup Grind” hərakatı 600-dən çox mərkəzdə 2 milyondan çox sahibkarı maarifləndirən, ruhlandıran və birləşdirən ən böyük müstəqil startap cəmiyyətidir. “Google for Startups”-ın əsas tərəfdaşlığı vasitəsilə 125-dən artıq ölkədə startap ekosistemlərinin yetişdirilməsinə yardım edir. “Startup Grind” hərəkatının əsas istiqaməti uğurlu şirkət qurucularının, novator və təlimçilərin, böyük şirkətlərin yaradılması yolunda təcrübəsini bölüşən investorların iştirak etdiyi aylıq tədbirlərdir. Silikon Vadisində yaradılan “Startup Grind” milyonlarla sahibkara öz işini qurmaqda, strateji tərəfdaşlarla əlaqə yaratmaqda və maliyyələşmədə kömək edir. “Startup Grind Baku Hub”-ın əsas tərəfdaşları “Youth Inc.” Sahibkarlıq Proqramı və İnnovasiyalar Agentliyidir.

S.Xankişiyeva

 

Paylaş:
1885

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb19 / 04 / 2024, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVA19 / 04 / 2024, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklər19 / 04 / 2024, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO19 / 04 / 2024, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİB19 / 04 / 2024, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıb19 / 04 / 2024, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcək19 / 04 / 2024, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub19 / 04 / 2024, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edib19 / 04 / 2024, 15:45
Bütün xəbərlər