COVID-19-a qarşı Təmas Qrupunun səhiyyə nazirlərinin video-konfransı keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

COVID-19-a qarşı Təmas Qrupunun səhiyyə nazirlərinin video-konfransı keçirilib

14:54 - 21 / 05 / 2020
COVID-19-a qarşı Təmas Qrupunun səhiyyə nazirlərinin video-konfransı keçirilib

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Xarici İşlər Nazirliyinin Qoşulmama Hərəkatının COVID-19 pandemiyasına qarşı mübarizə üzrə Təmas Qrupunun səhiyyə nazirlərinin video-konfrans formatında görüşü barədə birgə məlumat yayıb.

1news.az-a daxil olan birgə məlumatda bildirilir ki, mayın 20-də Qoşulmama Hərəkatının COVID-19 pandemiyasına qarşı mübarizə üzrə Təmas Qrupunun səhiyyə nazirlərinin video-konfrans formatında görüşü keçirilib. Görüş Azərbaycan Respublikası Prezidenti və Qoşulmama Hərəkatının sədri cənab İlham Əliyevin təşəbbüsü və sədrliyi ilə 4 may 2020-ci il tarixində keçirilmiş Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının COVID-19 pandemiyasına qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü formatında video-konfransının davamı olaraq təşkil edilib.

Məlum olduğu kimi, “COVID-19-a qarşı birlikdəyik” mövzusunda keçirilmiş Zirvə görüşü zamanı ölkə başçısı Təmas Qrupu formatında müzakirələrin səmərəli mexanizm olduğunu vurğulayaraq, Qrupun tematik alt işçi qruplarının təsis edilməsi təşəbbüsü ilə çıxış etdi. Təklifə öz dəstəyini ifadə etmiş Qoşulmama Hərəkatı üzvlərinin bəziləri səhiyyə nazirlərinin görüşünün keçirilməsi təklifini irəli sürdü.

Səhiyyə nazirlərinin görüşünü açılış nitqi ilə açan Azərbaycan Respublikasının Səhiyyə Naziri ölkəmizin bu günə qədər 17 ölkəyə və 3 beynəlxalq təşkilata yardım etməsini vurğulayaraq, ehtiyacı olan ölkələrə göndərilən 100 tonlarla humanitar yardımımızın çoxlu sayda insanın həyatını xilas etməsini qeyd edib.

Çıxışda Ümumdünya Səhiyyə Təşkilatının pandemiyaya qarşı mütəşəkkil mübarizə tədbirlərinə dair tövsiyələri, qazanılan müsbət təcrübədən istifadə, Hərəkatın üzv ölkələrinin humanitar ehtiyaclarının qarşılanması üzrə birgə səylərin göstərilməsi, habelə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında Zirvə görüşündə qəbul edilmiş Bəyannamənin əhəmiyyəti vurğulanıb.

Konfransa qonaq qismində dəvət edilmiş Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə Regional direktoru Dr. Hans Klüqe çıxış edərək, Azərbaycanda pandemiyaya qarşı aparılan mübarizənin nümunəvi olduğunu bildirib və ölkəmizin dünya ictimaiyyətinə göstərdiyi maliyyə və texniki yardımı yüksək qiymətləndirib. O, həmçinin ölkəmiz tərəfindən Ümumdünya Səhiyyə Təşkilatına göstərilən maliyyə dəstəyini yüksək qiymətləndirib.

Görüşdə Qoşulmama Hərəkatının 25 üzv ölkəsi nazir, nazir müavini və digər yüksək səviyyələrdə təmsil olunub.

İştirak etmiş dövlət nümayəndələri Qoşulmama Hərəkatının Təmas Qrupunun yaradılması və onun tematik görüşlərinin keçirilməsi təşəbbüsünə görə Azərbaycanın dövlət rəhbərliyinə öz təşəkkürlərini bildirib və Azərbaycan Respublikası Prezidentinin COVID-19 pandemiyasının yayıldığı səhiyyə böhranı şəraitində çoxtərəfliliyin təşviqi və pandemiya ilə mübarizədə beynəlxalq səylərə göstərdiyi dəstəyi və qlobal liderlik rolunu yüksək qiymətləndiriblər. İştirak edən dövlətlər, həmçinin 4 mayda keçirilmiş Zirvə Görüşünün nəticələrinə əsasən təsis edilmiş QH üzv dövlətlərinin pandemiyaya qarşı mübarizədə əsas tibbi, sosial və humanitar ehtiyaclarının əks olunacağı vahid məlumat bazasının hazırlanmasına məsul İşçi Qrupunun fəaliyyətinə də öz dəstəklərini ifadə ediblər.

1news.az

Paylaş:
522

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilibBu gün, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTOBu gün, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilibBu gün, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçiribBu gün, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunurBu gün, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİBBu gün, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaqBu gün, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdıBu gün, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEOBu gün, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıbBu gün, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyibBu gün, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandıBu gün, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıbBu gün, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verirBu gün, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyasıBu gün, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilibBu gün, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıbBu gün, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıbBu gün, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıbBu gün, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEOBu gün, 14:43
Bütün xəbərlər