Daha iki qazi ailəsi ilə bağlı dəstək işləri aparılır – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Daha iki qazi ailəsi ilə bağlı dəstək işləri aparılır – FOTO

15:41 - 27 / 01 / 2021
Daha iki qazi ailəsi ilə bağlı dəstək işləri aparılır – FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST Agentliyinin DOST Mərkəzlərinin əməkdaşları tərəfindən Vətən müharibəsi şəhidlərinin ailələri, qazilərimizlə görüşlər, onlarla bağlı dəstək tədbirləri davam edir.

Nazirlikdən 1news.az-a verilən məlumata görə, bu istiqamətdə işlərin davamı kimi, 1 saylı və 3 saylı Bakı DOST Mərkəzlərinin əməkdaşları Vətən müharibəsi iştirakçıları olan və müharibədə yaralanmış Orxan Məmmədzadənin (Yasamal rayonu) və İbrahim Məmmədovun (Sabunçu rayonu) ailələrində olublar.

Ailəsi 3 nəfərdən ibarət olan Orxanın isə anasının xəstəliyi ilə əlaqədar əlilliyinin qiymətləndirilməsi üçün müraciət prosedurunun sürətli şəkildə həyata keçirilməsində ona kömək ediləcək. Əlillik təyinatı aparılarsa, ona sosial ödəniş təyin olunacaq.

İbrahimgilin 4 nəfərlik ailəsində yalnız bacısının işsiz olduğu nəzərə alınaraq onun məşğulluğunun təmin edilməsinə kömək göstərilməsi qərara alınıb və yaxın günlərdə o, işlə təmin ediləcək.

Hər iki qazinin – Orxanın və İbrahimin də əlilliyi qiymətləndiriləcək və onlara əlillik dərəcəsi təyin olunduğu halda birdəfəlik sığorta ödənişi və sosial təminat növləri üzrə aylıq ödənişlərlə təmin olunacaqlar. Bu barədə hər iki qaziyə məlumat verilib. Həmçinin hər iki ailəyə bildirilib ki, DOST Agentliyi və mərkəzlərinin əməkdaşları qəhrəman əsgərlərimizlə qürur duyur. Şəhid ailələri və qazilərimizin ehtiyaclarının qarşılanması üçün qanun çərçivəsində onlara bütün lazımi dəstək göstəriləcək.

S.Xankişiyeva

 

Paylaş:
499

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb19 / 04 / 2024, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVA19 / 04 / 2024, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklər19 / 04 / 2024, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO19 / 04 / 2024, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİB19 / 04 / 2024, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıb19 / 04 / 2024, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcək19 / 04 / 2024, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub19 / 04 / 2024, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edib19 / 04 / 2024, 15:45
Bütün xəbərlər