Daha iki şəhid ailəsinə təqaüd kartları təqdim edilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Daha iki şəhid ailəsinə təqaüd kartları təqdim edilib - FOTO

11:04 - 19 / 01 / 2021
Daha iki şəhid ailəsinə təqaüd kartları təqdim edilib - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən şəhid ailələrinə sosial ödənişlərin təyinatı onların müraciətinə ehtiyac olmadan proaktiv qaydada, operativ şəkildə aparılır.

Nazirlikdən 1news.az-a verilən məlumata görə, Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış İntiqam Hacıyevin (Ağcabədi rayonu) və erməni terroru nəticəsində şəhid olmuş Vasif Rüstəmovun (Tərtər rayonu) ailələrinə də sosial ödənişlər artıq təyin olunub.

Fondun sədr müavini Zəka Mirzəyev hər iki şəhid ailəsini ziyarət edib. O, şəhid ailələrinin Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən diqqət və qayğı ilə əhatə olunduqlarını vurğulayıb. Dövlət başçısının Fərmanı ilə şəhid ailələri üçün Prezidentin aylıq təqaüdünün bu ilin əvvəlindən 66,7% artırılaraq 300 manatdan 500 manata çatdırıldığını qeyd edib. Eyni zamanda, həmin ailələrin təqaüdlə yanaşı, pensiya və ya müavinətlərlə də təmin edildiklərini bildirib.

Z.Mirzəyev hər iki ailəyə Prezidentin aylıq təqaüdünün və sosial müavinətin təyin olunduğunu bildirib və onlara təqaüd kartlarını, həmçinin “Şəhid ailəsi üzvü” vəsiqələrini təqdim edib.

Ailələrə şəhid ailələri üçün nəzərdə tutulan sosial dəstək tədbirləri barədə də məlumat verilib, onların sosial vəziyyətinin həmişə diqqətdə saxlanılacağı qeyd edilib.

Qafar Ağayev 

Paylaş:
311

Son xəbərlər

Bakıda taxta bazarı yanırBu gün, 16:57Cavanşir Məmmədov dəfn olunub - YENİLƏNİB 1Bu gün, 16:41Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 16:39Səfir: TDT-nin əsas məqsədi türk dövlətləri arasında əlaqələrin inkişaf etdirilməsidirBu gün, 16:06Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 15:47FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilibBu gün, 15:32Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a verilibBu gün, 15:15Gəncədə yanan ev söndürülüb - YENİLƏNİBBu gün, 14:56Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblərBu gün, 14:20Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib - FOTOBu gün, 14:08Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40
Bütün xəbərlər