DANX: Qaydalara əməl etməyən 26 avtobus sürücüsünə xəbərdarlıq edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

DANX: Qaydalara əməl etməyən 26 avtobus sürücüsünə xəbərdarlıq edilib

14:15 - 29 / 03 / 2020
DANX: Qaydalara əməl etməyən 26 avtobus sürücüsünə xəbərdarlıq edilib

Avtobusun salonundakı sıxılığın qarşısını almaq məqsədi ilə Operativ Qərargahın icrasını təbəlblərinə əməl edilməsi üçün DANX-ın müfətdişləri Respublika üzrə dayancaqlarda xidmət göstərirlər.

Bu barədə Trend-ə açıqlamasında qurumun mətbuat katibi Nuridə Allahyarova bildirib. Onun sözlərinə görə, xidmətlər 11 regional bölmə üzrə keçirilir:

"Ötən gün səhər saat 11-dən etibarən Bakı, Sumqayıt və Abşeron daxil olmaqla ölkə üzrə 11 regional bölmə üzrə avtobuslarda yoxlamalar başlanılıb. Nəqliyyat vasitəsinin salonunda sərnişinlərin ara məsafəsini qorumasını təmin etmək üçün DANX müfəttişləri dayanacaqlarda qadağanın icrasına nəzarət edir. Qaydaya əməl etməyən sürücülərə ilkin şəkildə yerində xəbərdarlıq edilir".

N.Allahyarova qeyd edib ki, bu saata qədər 26 daşıyıcıya xəbərdalıq olunub:

“Müfəttişlərdən aldığımız məlumata görə, sərnişinlər sürücülərdən daha çox qaydalara pozmağa meyllidirlər. Sürücülər maksimum dərəcədə hər oturan sərnişinə qaydaları izah etməyə çalışırlar. Bakı-Sumqayıt istiqamətində hərəkət edən bəzi avtobuslarda hətta xəbərdarlıq xarakterli elanlar vurulub”.

Mətbuat katibi əlavə edib ki, eyni daşıyıcı haqqında bir neçə şikayət daxil olarsa, xəbərdarlıq daşıyıcının xətdən ayrılması ilə nəticələnə bilər.

S.Xankişiyeva

 

Paylaş:
412

Son xəbərlər

Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54“Yüksəliş” müsabiqəsinin ümumi biliklər imtahanının nəticələri açıqlanıbBu gün, 13:25Euronews Bakı Limanının ekoloji layihələri haqqında geniş video material yayımlayıb - VİDEOBu gün, 13:09Prezidentlər Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblərBu gün, 12:35Baş Prokurorluqdan sabiq baş pediatrın intiharı ilə bağlı media qurumlarına XƏBƏRDARLIQBu gün, 12:34İcma: ABŞ Dövlət Departamenti insan hüquqlarından sui-isifadə edirBu gün, 12:24İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublarBu gün, 12:22Bakıda 3 məktəbin direktorları barəsində intizam tənbeh tədbiri görülüb - SƏBƏBBu gün, 12:1931 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 12:09Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilirBu gün, 12:02Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədirBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıb - VİDEOBu gün, 10:00“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 10:00Bakı-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə əlavə qatar təyin edilibBu gün, 09:57
Bütün xəbərlər