1news.az

“Dəniz şeytanı” insanlardan kömək istədi - VİDEO

15 İyul saat 15:26 ~ 1 dəqiqəlik oxu 284
“Dəniz şeytanı” insanlardan kömək istədi - VİDEO

Avstraliyada "dəniz şeytanı" kimi tanınan nəhəng skat üzgüçülüklə məşğul olan idmançılara tərəf üzərək onlardan kömək istəyib.

1news.az qafqazinfo-ya istinadən xəbər verir ki, baş verənlərin videosunu "NBC News" telekanalı yayımlayıb.  

Heyvanın insanlara yaxınlaşmasına səbəb gözünün üstündə ilişib qalmış balıqçı qarmağı olub. İdmançılardan biri daha əvvəl də bu skatı gördüyünü deyib, amma o heç vaxt onlara bu qədər yaxın üzməyib. Kişi ehtimal edib ki, skat onu tanıyıb və kömək istəyib. Heyvan gözündəki qarmaqdan kor ola və ya infeksiyadan ölə bilərdi.

İdmançının hava ehtiyatı az olmasına baxmayaraq, o bir neçə cəhddən sonra qarmağı balığın gözündən çıxara bilib. Bundan sonra skat, təşəkkür əlaməti olaraq, hələ bir neçə dəqiqə də həyatını xilas edənlərin yanından aralanmayıb.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net