Deputat: “Azərbaycan generalları qəhrəmancasına döyüşür, erməni generallar isə bölgəyə gəlmir” | 1news.az | Xəbərlər
Siyasət

Deputat: “Azərbaycan generalları qəhrəmancasına döyüşür, erməni generallar isə bölgəyə gəlmir”

15:45 - 14 / 07 / 2020
Deputat: “Azərbaycan generalları qəhrəmancasına döyüşür, erməni generallar isə bölgəyə gəlmir”

İyulun 13-dən 14-nə keçən gecə Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində şiddətli döyüşlər davam edib.  Bu gün səhər saatlarında döyüş zamanı general-mayor Polad Həşimov ön xətdə qəhrəmancasına şəhid olub. Onunla bir yerdə polkovnik İlqar Mirzəyev də şəhid olub.

Məsələ ilə bağlı 1news.az-a danışan Milli Məclisin deputatı Arzu Nağıyev deyib ki, bu gün Tovuzda çox ciddi mövqe döyüşləri gedir, artıq iriçaplı pulemyot deyil, artileriyadan istifadə edilir.

"Ermənilər çalışırlar ki, Azərbaycan vətəndaşları arasında panika yaratsınlar. Dünən gecədən başlayaraq intensiv atəşə məruz qoymuşdular və cavab atəşi ilə Azərbaycan Ordusu onları susdurub”.

Deputat bildirib ki, general Polad Həşimov ön cəbhədə əsgərlərlə birlikdə olur. 

“Ona görə də qəlpələrdən biri də məhz ona dəyib. Digər məsələ ola bilər ki, Polad Həşimov qəhrəman bir general olduğuna görə ermənilər onu izləməklə məşğul olurdular, koordinatlarını ermənilər çoxdan ələ keçirmək istəyirdilər, lakin buna nail ola bilmirdilər. Polad Həşimov  Aprel döyüşlərində də çox mühim qəhrəmanlıq göstərmişdi. Bu məsələlərdə Azərbaycan ordusunun generalı, müdafiə naziri, Ali baş komandanı və vətəndaşlar hamısı bir yerdədir”.

Arzu Nağıyevin sözlərinə görə, ermənilər son zamanlar sərhədə polisləri yerləşdirməyə başlamışdılar.

“Orduya çağırış və eyni zamanda onların generallarının başı korrupsiya məsələlərinə qarışıb. Ona görə də əsasən ön cəbhədə əsgərlər və bir sıra polis əməkdaşlarıdır. Onlar da çox zəifdilər, ona görə də düşürəm ki, generallar müxtəlif bəhanələr gətirməklə əsgəri ön cəhbəhə göndərib özləri gizlənməklə məşğuldular. Burada fərqə baxın, Azərbaycan generalları səngərdə əsgərlə bir yerdə döyüşür, onların generalları isə döyüş gedən bölgəyə gəlmirlər”.

Qafar Ağayev

Paylaş:
586

Son xəbərlər

Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Azərbaycanın ilk ombudsmanı vəfat edibBu gün, 14:15Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54“Yüksəliş” müsabiqəsinin ümumi biliklər imtahanının nəticələri açıqlanıbBu gün, 13:25Euronews Bakı Limanının ekoloji layihələri haqqında geniş video material yayımlayıb - VİDEOBu gün, 13:09Prezidentlər Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblərBu gün, 12:35Baş Prokurorluqdan sabiq baş pediatrın intiharı ilə bağlı media qurumlarına XƏBƏRDARLIQBu gün, 12:34İcma: ABŞ Dövlət Departamenti insan hüquqlarından sui-isifadə edirBu gün, 12:24İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublarBu gün, 12:22Bakıda 3 məktəbin direktorları barəsində intizam tənbeh tədbiri görülüb - SƏBƏBBu gün, 12:1931 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 12:09Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilirBu gün, 12:02Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədir - FOTOBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 10:00
Bütün xəbərlər