Deputat: Azərbaycan dövləti özünün humanist mahiyyətini bir daha ortaya qoydu | 1news.az | Xəbərlər
Siyasət

Deputat: Azərbaycan dövləti özünün humanist mahiyyətini bir daha ortaya qoydu

18:31 - 18 / 09 / 2020
Deputat: Azərbaycan dövləti özünün humanist mahiyyətini bir daha ortaya qoydu

Bu gün Bakı Apellyasiya Məhkəməsində həbsdə olan Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb. Hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə şikayətə baxılıb və Tofiq Yaqublu ev dustaqlığına buraxılıb.

Həbs olunmasına etiraz edən Tofiq Yaqublu 17 günə yaxındır ki, aclıq aksiyası keçirirdi. T.Yaqublunun səhhətinin pisləşməsindən narahatlıq keçirən Azərbaycanın Xalq yazıçıları Anar, Çingiz Abdullayev, Xalq artisti Zeynəb Xanlarova, Milli Məclisin deputatları, ziyalılar Tofiq Yaqublunun azad olması ilə bağlı ölkə Prezidentinə müraciət etmişdilər. Bütün bunlar nəzərə alınaraq bu gün Tofiq Yaqublu ilə bağlı Appellyasiya şikayətinə baxıldı və onun həbsinin ev dustaqlığı ilə əvəz olunmasına qərar verirldi.

Bu Azərbaycan dövlətinin növbəti humanist addımı, insan həyatının ən ali dəyər kimi qiymətləndirməsinin ən bariz nümunələrindən biridir.

Bununla belə radikal müxalifətin və xaricdəki 5-ci kolonun bu qərarı “qələbə” kimi yozması, bundan sui-istifadə edərək müxtəlif qeyri-qanuni çağırışlar səsləndirməsi bir daha göstərir ki, heç bir fəaliyyəti olmayan, işləri-gücləri sosial şəbəkələrdə qeybət, dedi-qodu yaymaq olanlar üçün insan həyatının heç bir dəyəri yoxdur. T.Yaqublunun qızı Nigar Həzi, AXCP sədri Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Sevinc Osmanqızı kimi şəxslər öz məqsədləri üçün ən ali prinsipləri belə tapdamağa hazırdırlar.

Məsələ ilə bağlı 1news.az-a danışan Milli Məclisin deputatı Elman Nəsirov bildirb ki, Azərbaycan dövləti humanist dövlətdir, Azərbaycan dövləti öz vətəndaşına dəyər, diqqət göstərir.

“Yeri gəlmişkən onu da vurğulayaq ki, Tofiq Yaqublu elə təcridxanada olduğu vaxtda, ona hüquqi çərçivədə bütün imkanlar yaradılmışdı. Belə ki, o, daimi həkim nəzarətində idi, onun şərati lazımı səviyyədə qurulmuşdu. Ailə üzvləriləri qanun çərçivəsinə uyğun olaraq görüş imkanına malik idi və bu reallaşdırılırdı. Eyni zamanda vəkili ilə də mütəmadi olaraq görüş təşkil edilirdi. Bununla yanaşı ölkəmizin ombudsmanı da onu ziyarət etmiş, söhbət aparmış, səhhəti ilə maraqlanmış və lazımı tövsiyələrini vermişdi. Bundan başqa Tofiq Yaqublunun səhhəti nəzərə alınaraq, mülki xəstəxanaya da yerləşdirilmişdi və bütün tibb personalının nəzarətində idi ki, onun səhhətində heç bir xoşagəlməz hal baş verməsin. Artıq onunla bağlı həbs-qətiimkan tədbiri dəyişdirilib və bu hadisə cəmiyyətimizdə də çox müsbət qarşılanıb”.

Deputat deyib ki, Azərbaycan ziyalıları da, tanınmış ictimai xadimlər də bu məsələ ilə bağlı ölkə Prezidentinə müraciət etmişdilər.

“Azərbaycan dövləti özünün humanist mahiyyətini bir daha ortaya qoydu. Amma eyni zamanda müəyyən anti-Azərbaycan siyasi dairələrin, 5-ci kolonun radikal müxalifəti də öz mahiyyətini növbəti dəfə ortaya qoydu. Tofiq Yaqublu amilinə münasibətdə biz gördük ki, onlar bu məsələdən necə siyasi şou kimi istifadə edirlər, Azərbaycan dövlətinin beynəlxalq imicinə zərbə vurmaq üçün hansı hay-həşiri  qoparırlar. “Azərbaycan dövləti, xalqı üçün nə pisdirsə, onlar üçün yaxşıdır” prinsipi ilə hərəkət edirlər. Onlar Tofiq Yaqublu ilə bağlı hadisələrin ən mürəkkəb, ən arzuolunmaz ssenarisinin reallaşmasını istəyirdilər, onların bu niyyəti də ürəklərində qaldı. Bütün bunlar onu göstərir ki, Azərbaycan dövləti güclü dövlətdir, güclü dövlətdə humanizm prinsiplərinə söykənirlər. Xalqımız ölkə rəhbərliyinin siyasətini birmənalı şəkildə dəstəkləyir. Bu son hadisə də cəmiyyətdə olduqca müsbət dəyərləndirildi”.

Qeyd edək ki, Nizami Rayon Məhkəməsi Tofiq Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

İttihama görə, avtomobil qəzası zamanı T.Yaqublu digər maşının sürücüsünü və onun yanında olan həyat yoldaşını təhqir edib, vurub, sürücüyə vintaçanla xəsarət yetirib. O, ittihamları qəbul etmədiyini bildirir.

Tofiq Yaqublu səhhəti ilə əlaqədar sentyabrın 12-də istintaq təcridxanasından "City Hospital"a köçürülüb.

Qafar Ağayev

Paylaş:
1043

Son xəbərlər

Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Növbəti köç karvanı Füzuliyə çatıb - YENİLƏNİBBu gün, 11:55Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcəkBu gün, 10:56Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaqBu gün, 10:44Xankəndidə avtomat və qumbaralar aşkarlanıbBu gün, 10:35Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıbBu gün, 10:23
Bütün xəbərlər