DİN-dən sahibkarın meşələri məhv etməsi və ev heyvanlarını güllələməsi ilə bağlı iddialara MÜNASİBƏT | 1news.az | Xəbərlər
Cəmiyyət

DİN-dən sahibkarın meşələri məhv etməsi və ev heyvanlarını güllələməsi ilə bağlı iddialara MÜNASİBƏT

13:43 - 25 / 01 / 2021
DİN-dən sahibkarın meşələri məhv etməsi və ev heyvanlarını güllələməsi ilə bağlı iddialara MÜNASİBƏT

Bəzi xəbər saytlarında və sosial şəbəkələrdə Samux rayonunda Feruz Rüstəmov adlı sahibkarın meşələri məhv etməsi və ev heyvanlarını güllələməsi ilə bağlı əsassız və təhrif olunmuş yazı dərc edilib.

DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov 1news.az-a deyib ki, 2020-ci ilin dekabr ayının 16-da Samux rayon sakinləri Ziya Məmmədov və Hafiz Abbasov DİN-nin “102 Zəng Xidməti” Mərkəzinə daha sonra Samux rayon Polis Şöbəsinə müraciət edərək özlərinə məxsus iki baş atın Feruz və Elçin adlı şəxslər tərəfindən ov tüfəngi ilə güllələndiyini bildirib.

Müraciətlə əlaqədar RPŞ-nin və 67 saylı baytarlıq idarəsin əməkdaşları hadisə yerinə gələrək müəyyən araşdırmalar aparılıb. Heyvan cəsədlərinə baxış keçirilən zaman hər hansı bir ov tüfənginə məxsus qırma və ya güllə izi aşkar edilməyib. Ekpert-baytarın verdiyi rəyə əsasən heyvanlar vəhşi heyvanın hücumu nəticəsində ölüblər və heyvan sahibləri ekpertizanın rəyi ilə razılaşdıqlarını bildiriblər.

Bunda başqa məqalədə sahibkar Feruz Rüstəmovun icarəyə götürdüyü ərazidə ağacların qırılması iddiası əsasında hazırda həmin əraziyə Ekologiya və Təbii Sərvətlər nazirliyinin regional idarəsinin əməkdaşları dəvət olunub, baxış keçirilir. Əgər fakt öz təstiqini taparsa məsələyə hüquqi qiymət veriləcək.

Qafar Ağayev

Paylaş:
408

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycanın son illər qazandığı nailiyyətlər miqyası baxımından möhtəşəmdir23 / 04 / 2024, 20:33PAŞA Holding üçün taksi biznesində növbəti mərhələ23 / 04 / 2024, 18:12İlham Əliyev: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik23 / 04 / 2024, 17:50Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu dayandırıldı23 / 04 / 2024, 17:47Azad olunandan sonra Xankəndi şəhərində ilk körpə dünyaya gəlib - FOTO23 / 04 / 2024, 17:10Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb23 / 04 / 2024, 16:50Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik23 / 04 / 2024, 16:35Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirik23 / 04 / 2024, 16:18“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi23 / 04 / 2024, 16:09Azərbaycanda işğaldan azad edilmiş ərazilərə xərcləmələr 5 % artıb23 / 04 / 2024, 15:44Dövlət başçısı: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var23 / 04 / 2024, 15:40“Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır”23 / 04 / 2024, 15:06Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə görüşüb23 / 04 / 2024, 14:58İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirik23 / 04 / 2024, 14:48Prezident: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür23 / 04 / 2024, 14:46Yenilənmiş Porsche Bakı Mərkəzinin açılış mərasimi baş tutdu! - FOTO23 / 04 / 2024, 14:45İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edir23 / 04 / 2024, 14:36Məşhur azərbaycanlı maliyyəçisi Fərid Əlizadə Vyanada vəfat edib23 / 04 / 2024, 14:09Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib - VİDEO23 / 04 / 2024, 14:02Daha 39 ailəyə Füzuzildə mənzillərinin açarı təqdim olunub - YENİLƏNİB23 / 04 / 2024, 13:55
Bütün xəbərlər