1news.az

Doğum günü hədiyyələrindən imtina edən qız milyon topladı – FOTO

17 İyun saat 13:05 ~ 1 dəqiqəlik oxu 411
Doğum günü hədiyyələrindən imtina edən qız milyon topladı – FOTO

Moskvada yaşayan Yevgeniya Sidorova adlı gənc qız xeyriyyə kampaniyası keçirməyi qərara alır.

O, doğum günü hədiyyəsini almaqdan imtina edərək, ötən ilin oktyabrında vəfat edən xalasının xatirəsinə – “Hədiyyə əvəzinə həyat! Xalam Lyudanın xatirəsinə” adlı platforma yaradaraq xeyriyyə kampaniyası keçirir.

Və öz qarşısına məqsəd qoyur ki, dekabrın 31-nə qədər xəstələr üçün 1 000 000 rubl toplasın. Nəticədə o, nə az, nə çox 1 102 111 rubl (təqribən 28,985 manat) toplayır.

Jenya doğum günündə ona veriləcək hədiyyə və güllərdən imtina edir. Dostları və həmkarlarından xahiş edir ki, bütün bunlara sərf ediləcək vəsaiti xeyriyyə kampaniyasının hesabına yatırsınlar  

“Bir çox dostlarım milyonun çox yüksək rəqəm olduğu üçün bu kampaniyanın uğur qazanmasına şübhə edirdi. Mən onlara deyirdim ki, min rubl toplamaq üçün bu aksiyanı keçirməyə dəyməz. Qarşına milyon rubl məqsəd qoyduqda, daha çox səy göstərirsən”, – Jenya söyləyir.

Hər gün artan məbləği görən Jenya marketoloq-həmkarları ilə məsləhətləşir. Onlar gənc qıza faydalı məsləhət verirlər  – qoy insanlar açıq şəkildə görsün ki, az məbləqlə 100-200 rubl ilə (2-3 manat) kiməsə yardım etmək olur.

Nəticədə xeyriyyə kampaniyasında 130 nəfər iştirak edir.

Jenya söyləyir ki, “Hər gün bir rubl” aksiyası onu çox ruhlandırıb. Onun gələcək planlarından biri könüllülüklə məşğul olaraq uşaq xəstəxanalarına getməkdir.

Tərcümə: S.Xankişiyeva

 

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Dünya BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net