Dövlət Baxçalının Şuşada tikdirəcəyi məktəb belə olacaq - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Dövlət Baxçalının Şuşada tikdirəcəyi məktəb belə olacaq - FOTO

15:15 - 26 / 01 / 2021
Dövlət Baxçalının Şuşada tikdirəcəyi məktəb belə olacaq - FOTO

Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı Şuşada məktəb açmaqla bağlı təklifinin Türkiyə və Azərbaycan Prezidentləri tərəfindən müsbət qarşılandığı müjdəsini verib.

1news.az xəbər verir ki, D.Baxçalı millət vəkilləri önündə çıxışı zamanı yanvarın 30-da Şuşada təməlinin qoyulması planlaşdırılan sözügedən məktəbin eskizini də təqdim edib.

Xatırladaq ki, Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı Şuşada məktəb açmaqla bağlı təklif irəli sürmüşdü. O, bununla bağlı öz Twitter hesabından "Əgər Prezident Rəcəb Tayyib Ərdoğan icazə verərsə, Azərbaycan Prezidenti hörmətli İlham Əliyev də uyğun görərsə, şəxsən mənim təlimatımla "Ülkü Ocakları Eğitim ve Kültür Vakfı" tərəfindən Şuşada ibtidai sinif məktəbi inşa etmək hədəfimiz var. Bu məsələdə sahib olduğumuz bütün imkanları səfərbər edəcəyik və lazım olan işlər təcili görüləcək" müraciətini etmişdi. Məktəbə dahi bəstəkar Üzeyir Hacıbəylinin adını vermək və 30 yanvar 2021-ci il tarixində bünövrəsinin qoyulmasını istədiklərini qeyd edən Baxçalı təhsilin bir millətin gələcəyi üçün bayraq olduğunu vurğulamışdı.

1news.az

Paylaş:
598

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilibBu gün, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaqBu gün, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaqBu gün, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq olduBu gün, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edibBu gün, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edibBu gün, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏRBu gün, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənibBu gün, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaqBu gün, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10
Bütün xəbərlər