1news.az

Dövlət Neft Fondunun 2018-ci il üzrə illik hesabatı hazırlanıb

5 Avqust saat 17:21 ~ 1 dəqiqəlik oxu 268
Dövlət Neft Fondunun 2018-ci il üzrə illik hesabatı hazırlanıb

Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2018-ci il üzrə fəaliyyəti haqqında hesabatı, maliyyə fəaliyyəti haqqında hesabatının auditinin nəticələrini özündə əks etdirən illik hesabatı hazırlanıb.

1news.az-ın məlumatına görə, ARDNF-nin 2018-ci il üzrə hesabatının dizaynı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunub. Hesabatda 100 il ərzində (1918-2018) Azərbaycanda həyata keçirilmiş ilklərə dair məlumatlar (Şərqdə ilk demokratik respublikanın qurulması, qadınlara səsvermə hüququnun verilməsi, Şərqdə ilk konservatoriyanın açılması, ilk dəniz platformasının tikintisi, Birinci Avropa oyunlarının keçirilməsi) öz əksini tapıb.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
İqtisadiyyat BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net