1news.az

DSMF-nin vəzifəli əməkdaşı barəsində cinayət işi başlanıb

23 Yanvar saat 12:09 ~ 1 dəqiqəlik oxu 243
DSMF-nin vəzifəli əməkdaşı barəsində cinayət işi başlanıb

Qusarda vəzifəli şəxs barəsində cinayət işi başlanıb.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Qusar rayon şöbəsinin sektor müdiri Pənahov Bəyəli Minhac oğlu Cinayət Məcəlləsinin 313-cü (Vəzifə saxtakarlığı) maddəsi ilə ittiham olunur.

Onun barəsində aparılan ibtidai istintaq başa çatıb. Barəsində toplanan cinayət işinin materialları baxılması üçün Qusar rayon Məhkəməsinə göndərilib.

Həmin cinayət işində Bəyəli Pənahovla birlikdə Yaşar Bədəlov da təqsirləndirilən şəxs qismində cəlb olunub.

Cinayət işi hakim Rafiq Kazımovun icraatına verilib.

Məhkəminin hazırlıq iclasının vaxtı yaxın günlərdə məlum olacaq.

S.Xankişiyeva

 

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net