Dünya azərbaycanlı güləşçinin qələbəsindən danışır. Sənan Süleymanovun Avropa çempionatının “qızılına” gedən yolu – FOTO – VİDEO | 1news.az | Xəbərlər
İdman

Dünya azərbaycanlı güləşçinin qələbəsindən danışır. Sənan Süleymanovun Avropa çempionatının “qızılına” gedən yolu – FOTO – VİDEO

12:40 - 12 / 02 / 2020
Dünya azərbaycanlı güləşçinin qələbəsindən danışır. Sənan Süleymanovun Avropa çempionatının “qızılına” gedən yolu – FOTO – VİDEO

İtaliyanın paytaxtı Romada azərbaycanlı güləşçilərin də iştirak etdiyi güləş üzrə Avropa çempionatı davam edir.

1news.az-ın məlumatına görə, bu gün “klassiklərin” mübarizəsi başa çatacaq.

Rafiq Hüseynov (82 kq) Azərbaycan yığmasına ikinci qızıl medalı qazandıra bilər, Murad Bazarov (60 kq) və Ülvi Qənizadənin (72 kq) isə “bürünc” əldə etmək şansları var.

Xatırladaq ki, fevralın 11-də Sənan Süleymanov (77 kq) Azərbaycana Avropa çempionatının ilk qızıl medalını qazandırdı, Eldəniz Əzizli (55 kq) ilə İslam Abbasov (87 kq) isə “bürünc” medala layiq görüldülər. Maraqlıdır ki, qızıl medal daha təcrübəli olan və öz çəki dərəcələrində favorit hesab edilən Eldəniz Əzizli və İslam Abbasovdan gözlənilirdi.

Lakin qızıl medalı böyüklər arasında Avropa çempionatının 23 yaşlı debütantı, yeniyetmələr və gənclər arasında keçirilən yarışlarda bir sıra uğurlara imza atmış, böyüklər arasında isə ilk addımlarını atan Sənan Süleymanov qazandı.

Sənan Romada mübarizəyə təsnifat mərhələsindən başladı. Burada o, əslən erməni olan Bolqarıstan təmsilçisi Ayk Mnaçakayana qalib gəldi – 5:3.

1/8 finalda Sənan italyan Matteo Maffeççoli üzərində inamlı qələbə qazandı – 7:0.

1/4 finalda güləşçimiz Yunanıstan təmsilçisi Georgios Prevolarakisi mübarizədən kənarlaşdırdı – 6:4.

Yarımfinalda idmançımız Ermənistan təmsilçisi Karapet Çalyanla prinsipial görüşü də inamlı qələbə ilə başa vurdu – 3:0.

Həlledici final görüşündə isə Sənan Macarıstandan olan rəqibi Zoltan Levaiyə 3:1 hesabı ilə qalib gələrək Avropa çempionatının qızıl medalını qazandı.

Dünya Güləş Birliyi (United World Wrestling) - Beynəlxalq Yunan-Roma Güləşi, Sərbəst Güləş və Qadın Güləşi Federasiyası - Süleymanovun qələbəsindən bəhs edərək, onun öz çəki dərəcəsində çox güclü olan Macarıstan təmsilçisini məğlub etməsini qeyd edir. Xüsusilə, Zoltan Levainin həmyerlisi Tamas Lorinçin liderlik etdiyi dünya reytinqində üçüncü yeri tutması xüsusi vurğulanır.

Maraqlıdır ki, Sənanın çıxış etdiyi 77 kq çəki dərəcəsində Azərbaycanda lider Elvin Mürsəliyev hesab edilir. Lakin məşqçilər heyəti Avropa çempionatına Sənan Süleymanovun aparılmasını qərara aldı və göründüyü kimi, bu seçimində yanılmadı. İndi Süleymanov lisenziya yarışlarında iştirak etmək üçün əsas namizəd hesab olunacaq. Məlum olduğu kimi, yunan-Roma güləşindəki təmsilçilərimiz hələ Olimpiya Oyunlarına bir dənə də olsun lisenziya qazana bilməyiblər.

Onu da qeyd edək ki, bu gün qadın komandamız mübarizəyə qoşulur. Xalçaya ilk olaraq Türkan Nəsirova (50 kq), Elmira Qəmbərova (59 kq), İrina Netreba (68 kq) və Sabirə Əliyeva (76 kq) çıxacaq.

Teymur Maksutov, E.T.

Paylaş:
2288

Son xəbərlər

Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcəkBu gün, 10:56
Bütün xəbərlər