Dünyanın ən bahalı brendləri - REYTİNQ | 1news.az | Xəbərlər
İqtisadiyyat

Dünyanın ən bahalı brendləri - REYTİNQ

16:45 - 13 / 06 / 2019
Dünyanın ən bahalı brendləri - REYTİNQ

Britaniyanın WPP və “Kantar Millward Brown” şirkətləri dünyanın ən bahalı brendlərinin reytinqini hazırlayıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, sözügedən şirkətlərin versiyasına əsasən, dəyəri il ərzində 52 faiz artaraq 315,6 milyard dollara çatan Amerikanın “Amazon” internet-reteyleri dünyanın ən bahalı brendlərin “BrandZ Top 100, 2019” reytinqində ilk yeri tutur. Ötən illə müqayisədə kompaniya reytinqdə iki pillə irəliləyib.

Ötən ilin lideri – Amerikanın “Google” kompaniyası üçüncü pilləyə enib. Onun dəyəri 309 milyard dollar həcmində qiymətləndirilir. “Apple” korporasiyası 309,6 milyard dollarla ikinci yerdəki mövqeyini qoruyub.

İlk beşliyə, həmçinin “Microsoft” (251,2 milyard dollar) və “Visa” (177,9 milyard dollar) kompaniyaları daxil olub. Onların ardınca “Facebook” sosial şəbəkəsi (158,9 milyard dollar), Çinin elektron kommersiya nəhəngi “Alibaba” kompaniyası (131,2 milyard dollar), “Tencent” telekommunikasiya kompaniyası (130,8 milyard dollar), “McDonald's” kompaniyası (130,4 milyard dollar) və AT&T telekommunikasiya kompaniyası (108,4 milyard dollar) gəlir.

1news.az

Paylaş:
735

Son xəbərlər

"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTOBu gün, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTOBu gün, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıbBu gün, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıbBu gün, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edirBu gün, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEOBu gün, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəkBu gün, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıbBu gün, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜATBu gün, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcəkBu gün, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görübBu gün, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVABu gün, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklərBu gün, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTOBu gün, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİBBu gün, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıbBu gün, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcəkBu gün, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olubBu gün, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edibBu gün, 15:45Bakıda saxta şampun, yuyucu vasitə və spirtli içkilər istehsal edən sex aşkarlanıb - FOTOBu gün, 15:43
Bütün xəbərlər