Dünyanın ən bahalı geyim brendi açıqlandı | 1news.az | Xəbərlər
Dünya

Dünyanın ən bahalı geyim brendi açıqlandı

17:51 - 23 / 10 / 2020
Dünyanın ən bahalı geyim brendi açıqlandı

2020-ci ildə dünyanın ən bahalı geyim brendi "Nike" seçilib.

1news.az Lenta.ru-ya istinadən xəbər verir ki, bunu "Interbrand" konsaltinq agentliyinin tədqiqat məlumatları sübut edir.

Məlumata əsasən, brend 34.3 milyard dollar dəyərində qiymətləndirilib.

Analitiklərin hesablamalarına görə, "Nike" 2019-cu ilə nisbətən bu il 6 faiz bahalaşıb. Marka dünyanın ən bahalı şirkətlərinin ümumi reytinqində bir pillə yuxarı irəliləyə və 15-ci yeri tuta bilib. Bir pillə aşağıda dəyəri 2020-ci ildə, əksinə, 2 faiz azalan fransız moda evi "Louis Vuitton" (17-ci yer) qərarlaşıb.

Daha sonra moda və lüks əşyalar kateqoriyalarında 21.2 milyard dollar dəyərində lüks marka "Chanel" gəlir. Son seqmentin beş lideri arasında keçən ilki mövqesində qalan (28-ci yer) Fransız moda evi "Hermes" və dəyəri 2 faiz ucuzlaşaraq 15,6 milyard dollara düşən və 32-ci sırada yer alan İtalyan istehsalçısı "Gucci" yer alıblar.

Bundan əlavə, "Zara" və "H&M" (35 və 37-ci yerlər) kütləvi bazar şəbəkələri də dünyanın ən bahalı şirkətlərinin reytinqinə daxil edilib.

İdman malları istehsalçısı "Adidas" 50-ci, lüks markalar "Dior" və "Prada" 83 və 99-cu yerdə qərarlaşıblar.

1news.az

Paylaş:
576

Son xəbərlər

Azyaşlı qıza hədə-qorxu gəlməklə qızıl-zinət əşyalarını talamaqda şübhəli bilinən iki nəfər saxlanılıbBu gün, 10:14Ombudsman Aparatı Başlıbel faciəsi ilə bağlı paylaşım edibBu gün, 10:07Şənbə günü paytaxtda iməcilik olacaqBu gün, 10:06Başlıbel faciəsindən 31 il ötürBu gün, 09:57Xankəndidə qumbara və avtomatlar tapılıbBu gün, 09:42Xətai rayonunda yük maşını ilə minik avtomobili toqquşub, ölən varBu gün, 09:32AMB valyuta məzənnələrini açıqladıBu gün, 09:22Binəqədi-Balaxanı şosesində yük maşını aşıb, yolda tıxac yaranıbBu gün, 09:16Bakının bir sıra yollarında tıxac yaranıb - SİYAHIBu gün, 09:06“Kapital Bank” ASC-nin istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsi yekunlaşıb17 / 04 / 2024, 17:56Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalanıb - FOTO17 / 04 / 2024, 17:47Azərbaycan və Albaniya arasında viza tələbi aradan qaldırılır17 / 04 / 2024, 17:41Azərbaycan baleti İtaliyada təmsil olunacaq17 / 04 / 2024, 17:25ABB-nin dəstəyi ilə ADA-da “Karyera Həftəsi”nə start verildi!17 / 04 / 2024, 17:19Çingiz Abdullayev xəstəxanadan evə buraxıldı17 / 04 / 2024, 17:15Hökumət Şuşanın İƏT-in gənclər paytaxtı seçilməsi ilə bağlı tədbirlər planı hazırlayacaq17 / 04 / 2024, 17:07Saloğlu mebel Bərdə mağazasının rəsmi açılışını etdi – FOTO-VİDEO17 / 04 / 2024, 17:02Daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır17 / 04 / 2024, 16:53Əlahiddə Ümumqoşun Ordunun Hərbi Hava Qüvvələrində taktiki-xüsusi təlim keçirilib - FOTO - VİDEO17 / 04 / 2024, 16:51“Her action in Art” festivalı: İncəsənətdə qadın toxunuşlarının vurğulandığı bir ay17 / 04 / 2024, 16:03
Bütün xəbərlər