EANA-nın “Koronavirus: dəyişikliklər və fürsətlər” mövzusunda payız konfransı keçirilir | 1news.az | Xəbərlər
Cəmiyyət

EANA-nın “Koronavirus: dəyişikliklər və fürsətlər” mövzusunda payız konfransı keçirilir

17:21 - 17 / 09 / 2020
EANA-nın “Koronavirus: dəyişikliklər və fürsətlər” mövzusunda payız konfransı keçirilir

Sentyabrın 17-də Avropa Xəbər Agentlikləri Alyansının (EANA) “Koronavirus: dəyişikliklər və fürsətlər” mövzusuna həsr olunmuş payız konfransı başlayıb. Konfrans onlayn formatda keçirilir.

1news.az xəbər verir ki, əvvəlcə konfransın Ukraynanın paytaxtı Kiyevdə keçirilməsi nəzərdə tutulsa da, EANA-nın idarə heyəti tədbiri pandemiya səbəbindən onlayn formatda təşkil etməyi qərara alıb.

Konfransda EANA-nın prezidenti, Almaniyanın DPA agentliyinin baş icraçı direktoru Piter Kropş, EANA-nın baş katibi Aleksandr Giboi, Böyük Britaniyanın Press Association Agentliyinin baş icraçı direktoru Klayv Marşal, AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov, Rusiyanın TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman, Albaniyanın ATA agentliyinin baş direktoru Armela Krasniqi, həmçinin Türkiyənin Anadolu, Fransanın France Press agentliklərinin nümayəndələri və digərləri iştirak ediblər.

Ukrinform-un baş direktoru Aleksandr Xarçenko tədbiri Kiyev şəhərindən maraqlı videotəqdimatla açıb. O, daha sonra koronavirusun yaratdığı çağırışların medianı müsbət dəyişikliklərə sövq etdiyini bildirib və fikrini konkret nümunələrlə əsaslandırıb.

EANA-nın prezidenti Piter Kropş pandemiya dövründə doğru və keyfiyyətli xəbərə xüsusi ehtiyac yarandığını bildirərək, cəmiyyətlərdə informasiya agentliklərinə tələbatın artdığını vurğulayıb.

Sonra konfrans iştirakçıları pandemiya şəraitində fəaliyyətin təşkili və xəbər istehsalı sahəsində təcrübələrini bölüşüblər.

Konfrans işini növbəti həftələrdə davam etdirəcək.

Qeyd edək ki, Avropa Xəbər Agentlikləri Alyansı 1956-cı ildə Strasburqda təsis olunub. Dünya informasiya siyasətinə mühüm təsir imkanlarına malik bu media təşkilatı öz sıralarında Avropanın 32 aparıcı xəbər agentliyini birləşdirir. 2008-ci ildən EANA-nın üzvü olan AZƏRTAC təşkilatın fəaliyyətində yaxından iştirak edir.

1news.az

Paylaş:
353

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıb28 / 03 / 2024, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdi28 / 03 / 2024, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEO28 / 03 / 2024, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edib28 / 03 / 2024, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib28 / 03 / 2024, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək verib28 / 03 / 2024, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO28 / 03 / 2024, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyil28 / 03 / 2024, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”28 / 03 / 2024, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu28 / 03 / 2024, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıb28 / 03 / 2024, 13:10
Bütün xəbərlər