Ekspert: Məhz “seçkilər”dən sonra Dağlıq Qarabağda ilk koronavirusa yoluxma halı aşkarlandı | 1news.az | Xəbərlər
Siyasət

Ekspert: Məhz “seçkilər”dən sonra Dağlıq Qarabağda ilk koronavirusa yoluxma halı aşkarlandı

13:20 - 08 / 04 / 2020
Ekspert: Məhz “seçkilər”dən sonra Dağlıq Qarabağda ilk koronavirusa yoluxma halı aşkarlandı

Məlum olduğu kimi, Ermənistan martın 31-də Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində  qondarma “prezident” və “parlament” seçkiləri keçirdi.

Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı yeni bir pozuntu təşkil edən bu qanunsuz “seçkilər” heç bir beynəlxalq təşkilat və ölkə tərəfindən tanınmadı. Beynəlxalq təşkilatlar, ayrı-ayrı dövlətlər, nüfuzlu KİV-lər və görkəmli şəxsiyyətlər dünyada koronavirus pandemiyasının tüğyan etdiyi bir dövrdə təşkil olunan bu “seçkiləri” məqsədli təxribat, Qafqazda sülh və sabitliyə yönəldilən məsuliyyətsiz siyasi addım, münaqişənin sülh yolu ilə nizamlanmasına qarşı ciddi əngəl, beynəlxalq hüquq normalarına təhdid kimi dəyərləndirirlər.

Bəs görəsən bütün dünyada koronavirus pandemiyasının qarşısını almaq üçün keçirilən kütləvi tədbirlər təxirə salındığı halda qondarma qurum niyə qondarma seçkiləri ləğv etməyib?

Məsələ ilə bağlı 1news.az-a danışan politoloq, siyasi məsələlər üzrə ekspert Fərhad Məmmədov deyib ki, Dağlıq Qarabağda keçirilən qondarma seçkiləri Azərbaycan və bütün dünya tanımadı:

“Bu məsələlərə ilk növbədə Ermənistanda cərəyan edən siyasi proseslərin konteksində baxılmalıdır. Çünki bu seçkilər Ermənistanda gedən proseslərin bir halqası idi. Onu nəzərə almaq lazımdır ki, Ermənistanda konstitusiya dəyişiklikləri ilə daha çox səlahiyyətlər parlamentə verildisə, Dağlıq Qarabağda bu səlahiyyətlər qondarma quruluşun prezidentinə verildi. Bu da çox maraqlı proses idi, çünki orada hakimiyyəti əldə saxlamaq vacib idi. Ermənistanda Məxməri inqilab deyilən proses başlayandan sonra, Paşinyan hakimiyyətə gələndən sonra bu seçkiləri Qarabağ klanı adlanan dəstənin sonuna gətirib çıxaran bir proses kimi qiymətləndirmək olar. Ermənistan birbaşa buna təsir edir".

Politoloq bazar günü Dağlıq Qarabağda “seçkilər”in saxtalaşdırılmasına etiraz olaraq mitinqin keçirilməsinə də diqqət çəkib:

“Ermənistanda referendum aprelin əvvəlində keçirilməli idi, amma təxirə salındı. Çünki koronavirusa görə xüsusi karantin rejimi tətbiq edildi. Amma işğal olunmuş ərazilərdə bu seçki şousu dayandırılmadı. Çox maraqlıdır ki, məhz “seçkilər”dən sonra Dağlıq Qarabağda ilk koronavirusa yoluxma halı aşkarlandı. Namizədlərin arasında biz iki nəfəri gördük. Onlardan biri Ermənistanın keçmiş baş naziri Ovik Abraamyan, heç vaxt müharibədə iştirak etməyib, sırf iqtisadçı kimi tanınıb. Masis Mailyan isə 90-cı illərin əvvəllərində əlində silah olmasa da müəyyən dərəcədə hadisələrin iştirakçısı olub. Masis Mailyan keçirilən “seçkilər”də saxtakarlığın olduğunu bəyan etdi və ikinci turda öz tərəfdarlarını seçkilərdə iştirak etməməyə, koronavirusa görə ertələməyə çağırdı. Bu artıq ona dəlalət edir ki, koronavirus seçkilərdən əvvəl var idi, ikincisi də ondan ibarətdir ki, Ermənistsanda koronavirus orduda yayılmağa başlayıb. Ermənistanın müdafiə naziri də yoluxma faktını təsdiqləyib”.

F.Məmmədov dünya ölkələrinin Dağlıq Qarabağda keçirilən qondarma "seçkiləri" tanımadıqlarını bəyan etməsini xüsusi vurğulayaraq, Ermənistanda və işğal olunmuş ərazilərdə daxili siyasi vəziyyətin kifayət qədər gərgin olduğunu vurğulayıb:

“İşğal olunmuş Azərbaycan ərazilərindəki bu quruluş da dünya ölkələri tərəfindən tanınmır. Bundan başqa, Azərbaycanın ərazi bütövlüyü də bütün dünya ölkələri tərəfindən tanınır. Ermənistanda və işğal olunmuş ərazilərdə daxili siyasi vəziyyət kifayət qədər gərgindir, bu gərginlik artıq onların özlərini dünya ictimaiyyətinə demokratik ölkə kimi tanıtdırmaq istəklərinin qarşısını alır. Bütün saxta işlər Ermənistan hakimiyyətinin birbaşa təsiri altında başlanıb. Ermənistan günü-gündən zəifləyir. Bu zəifləməni məhz Azərbaycan şərtləndirib, sərhədlər bağlıdır, Ermənistan inkişaf edə bilmir”.

Qafar Ağayev

 

Paylaş:
3914

Son xəbərlər

Dövlət Xidməti 2 ayda 11 min mənşə sertifikatı veribBu gün, 17:50Ceyhun Bayramov Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə cari vəziyyəti müzakirə edibBu gün, 17:38Mikayıl Cabbarov Alessandra Rokkasalvo ilə görüşdü, tərəfdaşlıq istiqamətləri barədə müzakirə aparılıbBu gün, 17:30AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıbBu gün, 17:19Hikmət Hacıyev: ABŞ-nin sülh prosesində Ermənistanın xeyrinə birtərəfli mövqe tutması çox məyusedicidirBu gün, 17:10Milli Məclisin deputatı Özbəkistana səfər edəcəkBu gün, 17:00Meteohəssas insanların diqqətinə!Bu gün, 16:59Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayırBu gün, 16:44Sumqayıtda fəhlə işlədiyi zavodda ölübBu gün, 16:41Nobel Mükafatı Laureatı, professor Muhammad Yunus UNEC Rektoruna müraciət edibBu gün, 16:29ADY-nin Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılırBu gün, 16:22Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 16:15Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22
Bütün xəbərlər