Əli Əhmədov: Hədəfimiz odur ki, daha çox qadın sahibkarlığa cəlb olunsun | 1news.az | Xəbərlər
Siyasət

Əli Əhmədov: Hədəfimiz odur ki, daha çox qadın sahibkarlığa cəlb olunsun

11:57 - 15 / 11 / 2018
Əli Əhmədov: Hədəfimiz odur ki, daha çox qadın sahibkarlığa cəlb olunsun

Hədəfimiz ondan ibarətdir ki, qadınlarımız kiçik və orta sahibkarlıqla daha cəsarətlə, daha qətiyyətlə məşğul olsunlar, daha çox qadın sahibkarlıq sahəsinə cəlb olunsun.

Bununla da Azərbaycan qadınları ölkə iqtisadiyyatına öz töhfəsini versinlər.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, bunu Baş nazirin müavini Əli Əhmədov “Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası” ilə birgə Qlobal Sahibkarlıq Həftəsinin qeyd olunmasına həsr olunmuş “Üfüqdə yeni fürsətlər: qadın sahibkarlara yaşıl işıq!” adlı ilk konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, qadın fəallığı ictimai tərəqqinin ən vacib indikatorlarından biridir: "Harada qadın fəallığı varsa, orada ictimai tərəqqi var. Azərbaycan qadını bütün sahələrdə ictimai fəallığını nümayiş etdirir, ictimai rəydə iştirak edir. Azərbaycan qadınlarının məşğulluq səviyyəsi bir sıra sahələrdə yüksəkdir. Təhsil, səhiyyə sahəsində qadınlar iştirakçılıq səviyyəsinə görə kişilərdən üstündürlər. Biz bütün sahələrdə qadın və kişilərin bərabər təmsil olunmasını istəyirik və bunu təşviq edirik. Bu mənada qadınların sahibkarlıq sahəsində iştirakçılığının artması bizim həyata keçirdiyimiz siyasətlərdən biridir".

Ə.Əhmədov qeyd edib ki, azad bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq sahibkarlığın, xüsusilə kiçik və orta sahibkarlığın inkişafına qayğı göstərilməsi Azərbaycan dövlətinin diqqət etdiyi məsələlərdən biridir. Bu sahədə Azərbaycan Qadın Sahibkarlığı Assosiasiyası böyük işlər görüb, müəyyən nailiyyətlər əldə edə bilib: "Azərbaycan hökuməti kiçik və orta sahibkarlığın inkişafına böyük diqqət göstərir. Eyni zamanda, kiçik və orta sahibkarlığın inkişafı üçün lazımi işlər görür və lazımi vəsait ayrılır. Bundan sonra da Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafı üçün geniş imkanlar olacaq".

Ə.Əhmədov əlavə edib ki, Azərbaycan qadınları əmək sferasının ən fəal iştirakçılarıdırlar.

Baş nazirin müavini hesab edir ki, qadınlar kiçik və orta sahibkarlığın inkişafına böyük töhfə verməklə Azərbaycanda məşğulluq səviyyəsini də yüksəltmiş olurlar.

S.Xankişiyeva

 

Paylaş:
413

Son xəbərlər

Milli Məclisin deputatı Özbəkistana səfər edəcəkBu gün, 17:00Meteohəssas insanların diqqətinə!Bu gün, 16:59Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayırBu gün, 16:44Sumqayıtda fəhlə işlədiyi zavodda ölübBu gün, 16:41Nobel Mükafatı Laureatı, professor Muhammad Yunus UNEC Rektoruna müraciət edibBu gün, 16:29ADY-nin Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılırBu gün, 16:22Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 16:15Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20
Bütün xəbərlər