Əli Həsənovdan yeni dərs ili təbriki | 1news.az | Xəbərlər
Cəmiyyət

Əli Həsənovdan yeni dərs ili təbriki

10:36 - 16 / 09 / 2019
Əli Həsənovdan yeni dərs ili təbriki

Bu gün yeni dərs ili başlandı. Birinci dəfə təhsil ocaqlarına qədəm qoyan məsum körpələrimizi qarşıda çoxsaylı yeni-yeni imkanlar, sonuncu sinfi tamamlayaraq ali məktəblərə imtahan verəcək şagirdləri isə ilk böyük həyat sınaqları gözləyir. Ulu Tanrıdan bütün Azərbaycan məktəblilərinə təhsildə və gündəlik həyatda uğurlar diləyirəm, onların valideynlərinə sağlamlıq, firəvanlıq, xoş əhval-ruhiyyə, övladları ilə münasibətdə səbr, dəyanət və fədakarlıq arzulayıram.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov öz Facebook səhifəsində yazıb.

PA rəsmisi qeyd edib: “Ümid edirəm ki, bugünkü şagirdlərimizin içərisindən gələcəyin əsl alim və ziyalıları, görkəmli ictimai fəallar, siyasət adamları və mədəniyyət xadimləri, kreativ və təşəbbüskar idarəçilər, işğal altındakı torpaqlarımızın son qarışınadək azad etmək qüdrətində və bacarığında olan igid zabit və əsgərlər, nəhayət, milli iradəli əsl Azərbaycan vətəndaşları yetişəcəkdir. Prezident İlham Əliyev başda olmaqla Azərbaycan dövləti övladlarımızın firəvan, sabit və təhlükəsiz həyat yaşamaları, ən yaxşı məktəblərdə gözəl təhsil almaları üçün hər cür şərait yaratmış və yaratmaqda davam edir. Yetişməkdə olan gənc nəslin sağlam və vətənpərvər ruhda böyüməsi, gözəl təhsil alması, dünya gəncləri ilə müqayisədə rəqabətədavamlı olması dövlətimizin bu sahədə yürütdüyü siyasətin ən ali məqsədidir.
Bilik bayramınız və yeni dərs iliniz mübarək olsun əziz şagird və müəllimlər, hörmətli valideynlər!”.

1news.az

 

 

Paylaş:
388

Son xəbərlər

Dövlət Xidməti 2 ayda 11 min mənşə sertifikatı veribBu gün, 17:50Ceyhun Bayramov Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə cari vəziyyəti müzakirə edibBu gün, 17:38Mikayıl Cabbarov Alessandra Rokkasalvo ilə görüşdü, tərəfdaşlıq istiqamətləri barədə müzakirə aparılıbBu gün, 17:30AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıbBu gün, 17:19Hikmət Hacıyev: ABŞ-nin sülh prosesində Ermənistanın xeyrinə birtərəfli mövqe tutması çox məyusedicidirBu gün, 17:10Milli Məclisin deputatı Özbəkistana səfər edəcəkBu gün, 17:00Meteohəssas insanların diqqətinə!Bu gün, 16:59Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayırBu gün, 16:44Sumqayıtda fəhlə işlədiyi zavodda ölübBu gün, 16:41Nobel Mükafatı Laureatı, professor Muhammad Yunus UNEC Rektoruna müraciət edibBu gün, 16:29ADY-nin Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılırBu gün, 16:22Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 16:15Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22
Bütün xəbərlər