Elmar Məmmədyarov Fransa tərəfini Qarabağ danışıqlarının hazırkı vəziyyəti barədə məlumatlandırıb | 1news.az | Xəbərlər
Siyasət

Elmar Məmmədyarov Fransa tərəfini Qarabağ danışıqlarının hazırkı vəziyyəti barədə məlumatlandırıb

13:30 - 17 / 05 / 2019
Elmar Məmmədyarov Fransa tərəfini Qarabağ danışıqlarının hazırkı vəziyyəti barədə məlumatlandırıb

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Fransa prezidentinin diplomatik məsələlər üzrə müşaviri Filip Etiyen ilə görüşüb.

1news.az-a XİN-in mətbuat xidmətindən verilən xəbərə görə, görüş zamanı tərəflər Azərbaycan və Fransa arasında ikitərəfli münasibətlərin cari vəziyyəti ilə bağlı fikir mübadiləsi aparıblar.

Əməkdaşlığın inkişafından məmnunluqlarını bildirən tərəflər əlaqələrin daha da inkişafında qarşılıqlı yüksək səviyyəli səfər mübadiləsinin intensivləşdirilməsinin zəruriliyini vurğulayıblar.

E.Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üzrə aparılan danışıqların cari vəziyyəti haqqında qarşı tərəfə məlumat verib. Münaqişənin tezliklə həllinin, Azərbaycanın işğal edilmiş ərazilərinin azad edilməsinin və azərbaycanlı məcburi köçkünlərin öz doğma yurd-yuvalarına geri qayıtmasının bölgədə davamlı sülh və inkişafın təmin olunması baxımından əhəmiyyəti vurğulanıb.

Görüş zamanı tərəflər beynəlxalq gündəliyin qarşılıqlı maraq doğuran məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

S.Xankişiyeva

 

Paylaş:
445

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilibBu gün, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaqBu gün, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaqBu gün, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq olduBu gün, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edibBu gün, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edibBu gün, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏRBu gün, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənibBu gün, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaqBu gün, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10
Bütün xəbərlər