Emin Musəvi: Özümüzü, yaxınlarımızı qorumaq üçün mütləq qaydalara riayət etməliyik | 1news.az | Xəbərlər
Cəmiyyət

Emin Musəvi: Özümüzü, yaxınlarımızı qorumaq üçün mütləq qaydalara riayət etməliyik

16:54 - 15 / 07 / 2020
Emin Musəvi: Özümüzü, yaxınlarımızı qorumaq üçün mütləq qaydalara riayət etməliyik

Məlum olduğu kimi, dünən Bakının ayrı-ayrı yerlərində, küçə və prospektlərində Azərbaycan Ordusuna dəstək aksiyası keçirilib. Əllərində Azərbaycan bayraqlarını tutmuş minlərlə insan küçələrə axışaraq “Qarabağ”, "Qarabağa azadlıq" şüarlarını səsləndiriblər.

Əsasən gənclərin iştirak etdiyi aksiyada habelə hərbçilərə dəstək nümayiş etdirilib, şəhidlərin xatirəsi ehtiramla yad olunub. Aksiya Şəhidlər Xiyabanına yürüşlə davam edib.

Qeyd edək ki, oxşar aksiya respublikamızın digər şəhər və rayonlarında da təşkil olunub. Eyni zamanda şəhid olan hərbçilərimizin dəfn mərasimi zamanı da izdiham nümayiş olunub.

Təbii ki, insanlarımızın Vətən, torpaq uğrunda canlarını qurban vermiş şəhidlərimizə öz hörmət və ehtiramlarını bildirmələri, Ordumuza dəstək vermələri qürurvericidir. Lakin bir məsələni də unutmaq olmaz ki, biz tək ermənilərlə deyil, həm də gözəgörünməz başqa bir düşmənlə - COVİD-19 pandemiyası ilə mübarizə aparırıq.

İyulun 14-də keçirilən aksiyada ara məsaəsinin gözlənməməsi, maskalardan istifadə olunmaması, insanlar arasında sıx təmaslar adi hal oldu. COVİD-19 pandemiyasının hələ məhdudlaşdırılmadığı, yoluxma hallarının yüksək olduğu bir vaxtda aksiyaların keçirilməsi, minlərlə insanın bu aksiyalara qoşulması, eləcə də vətəndaşların kütləvi şəkildə həlak olmuş hərbçilərimizin yaşadığı ünvanlara toplaşması və onların yaxınlarını ziyarət etməsi, dəfn mərasimlərində müşahidə olunan kütləvilik virusun daha geniş yayılması və insanların həyatını təhlükə qarşısına qoyması üçün əlverişli şərait yaratdı.

Böyük ehtimalla bir müddət sonra biz bu kütləviliyin acı nəticələrini görəcəyik və yaşıyacağıq və yoluxma dinamikasında artım müşahidə olunacaq. Odu ki, vəziyyətin daha da kəskinləşmməsi üçün daha təmkinli olmalı, qaydalara riayət etməli, kütləvi aksiyalardan, ziyarətlərdən, dəfn mərasimlərində iştirakdan çəkinməliyik. ​

Vətəndaşlarımız daha məsuliyyətli davranmaqla, karantin rejiminə riayət etməklə, sabitliyi və təhlükəsizliyi qorumaqla həm xəstəliklə mübarizəyə, həm də milli ordumuzun, hərbçilərimizin öz işlərini lazımi şəkildə yerinə yetirmələrinə mühüm töhfələrini vermiş olacarlar.

Tanınmış teleaparıcı, “ASAN FM” radiosunun rəhbəri Emin Musəvi də bu fikirdədir. O, 1news.az-a açıqlamasında çox çətin, ağır günlər yaşadığımızı bildirib:

“Mən də hər kəs kimi itkilərimizə görə çox üzgünəm. Allah düşmənlə döyüşdə həlak olmuş bütün şəhidlərimizin ruhunu şad eləsin. Əminəm ki, onların qanı yerdə qalmayacaq. Çox hiyləgər düşmənimiz var. Buna baxmayaraq niyyətimiz təmizdir, işğal olunmuş torpaqlar bizimdir. Yəni, həqiqət bizim tərəfimizdədir. Buna görə də inanıram ki, bu məsələ bizim xeyrimizə həll olunacaq”.

İnsanların belə həssas bir dövrdə emosional davranmalarını anlayışla qarşıladığını deyən E.Musəvi bildirib ki, koronavirus kimi gözəgörünməz və təhlükəli bir düşmənlə də mübarizə apardığımızı da unutmamalıyıq:

“Hamımız şəhidlərimizin ruhuna ehtiramla yanaşırıq. Onlar hər zaman başımızın tacı olacaqlar. Lakin unutmaq olmaz ki, biz həm də koronavirus kimi gözəgörünməz və təhlükəli bir düşmənlə də mübarizə aparırıq. Dünyada minlərlə insan bu təhlükəli virusun qurbanına çevrilib. Bizlərdən də kimlərinsə ailə üzvləri, dostları, yaxınları, tanışları, tanıdığımız insanlar bu virusa yoluxublar”.

Bəzi insanların vəziyyətin ciddiliyini anlamamalarından təəssüfləndiyini deyən E.Musəvi cəmiyyətə çağırış edərək hər kəsi koronavirusla mübarizədə daha təmkinli davranmağa, qaydalara riayət etməyə çağırıb:

“Koronavirusa yoluxmamaq, həm özümüzün, həm də yaxınlarımızın həyatını təhlükəyə atmamaq üçün qaydalara riayət etməliyik. Yəni, bu, çox ciddi məsələdir. Həkimlərimizin də bu virusa yoluxmaları vəziyyəti daha da çətinləşdirir. Artıq reanimasiya şöbəsində həkimlər çatışmır. Məsələyə daha təmkinlə və səbrlə yanaşmalıyıq. Nə qədər çətin olsa da özümüzü, yaxınlarımızı qorumaq üçün mütləq qaydalara riayət etməliyik”.

B.Cahandarov

Paylaş:
433

Son xəbərlər

Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏRBu gün, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənibBu gün, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaqBu gün, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilə tullantısız gələcək - FOTOBu gün, 12:58“Azneft”in rəhbərini işdən çıxardı - Yeni təyinatBu gün, 12:41Mərkəzi Bank: Azərbaycanda manata inam qorunub saxlanılıbBu gün, 12:38Sabah qərb küləyi əsəcək - ProqnozBu gün, 12:22“Azərbaycan” gəmi-bərəsi yenidən istismara qaytarılıb - FOTOBu gün, 12:15Meşə fondu torpaqlarında bayram günlərində 100 mindən artıq ağac əkilibBu gün, 12:12
Bütün xəbərlər