Ən çirkli və ən təmiz meyvələr hansılardır? | 1news.az | Xəbərlər
Cəmiyyət

Ən çirkli və ən təmiz meyvələr hansılardır?

15:26 - 29 / 01 / 2020
Ən çirkli və ən təmiz meyvələr hansılardır?

Ətraf-mühit çirkliliyini araşdırmaq üzrə mütəxəssisləşmiş ABŞ ''Environmental working group'' adlı şirkət yetişdirilən meyvə və tərəvəzlər üzərində araşdırma apararaq, ən təmiz və ən çirkli meyvə-tərəvəzlərin siyahısını təqdim ediblər.

1news.az-ın Ölkə.az-a istinadən verdiyi xəbərə görə, təmiz və çirkli meyvə-tərəvəzin siyahısı 2019-cu ilin əvvəlində təqdim olunub. İstifadə olunan gübrələrə görə siyahıda çirkli meyvələrin birincisi çiyələk seçilib.

Belə ki, çiyələk 3 ildir ki, üst-üstə çirkli meyvələr siyahısında yer alıb. Çiyələk, alma, albalı, ispanaq, şaftalı və kələmin daxil edildiyi çirkli tərəvəzlərin tərkibində olan kansoregen maddələrə görə 2019-cu ildən bəri bir çox ölkədə bu meyvələrin istifadəsinə qadağa qoyulub. 

Fransada aparılan araşdırmaya görə təkcə brüssel kələminin yarpağında 18 zərərli maddə aşkar olunub. Həmin araşdırmada məlum olub ki, tərkibində kimyəvi gübrə və maddələrin olmadığı meyvə və tərəvəzlərlə qidalanan insanların xərçəngə yoluxma riski 25 faiz daha azdır. Lakin kimyəvi maddələrlə zəngin olan meyvə-tərəvəzlə qidalanan insanlarda sonsuzluq riski daha yüksəkdir. 

Ən çirkli və ən təmiz meyvə-tərəvəz siyahısını təqdim edirik.

Çirkli meyvə-tərəvəzlərin siyahısı:

Çiyələk, ispanaq, brüssel kələmi, şaftalı, alma, üzüm, albalı, armud, pomidor, kərəviz, kartof.

Təmiz meyvə-tərəvəzlərin siyahısı:

Avakado, qarğıdalı, ananas, yaşıl noxud, soğan, badımcan, quşqonmaz, kivi, gül kələmi, qovun, brokoli, göbələk, balqabaq.

1news.az

Paylaş:
944

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEOBu gün, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıbBu gün, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandıBu gün, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİBBu gün, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıbBu gün, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edibBu gün, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTOBu gün, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİBBu gün, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıbBu gün, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandıBu gün, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılırBu gün, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edibBu gün, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54
Bütün xəbərlər