Erkin İbrahimov “Neftçi”nin uğursuzluğu barədə: vağzalyanı çayxanalarda qaqaşlar... | 1news.az | Xəbərlər
Futbol

Erkin İbrahimov “Neftçi”nin uğursuzluğu barədə: vağzalyanı çayxanalarda qaqaşlar...

12:58 - 20 / 07 / 2018
Erkin İbrahimov “Neftçi”nin uğursuzluğu barədə: vağzalyanı çayxanalarda qaqaşlar...

Tanınmış futbol mütəxəssisi Erkin İbrahimov "Neftçi" klubunun Avropa Liqasında çıxışı ilə bağlı fikirlərini bölüşüb.

Onun Facebook səhifəsində yazdığı statusu olduğu kimi diqqətinizə çatdırırıq:

“Əslində bu statusu Uypeşt ilə oyunlarından əvvəl, ən gec - Uypeşt ilə ilk oyunundan sonra yazmaq fikrində idim. Həmin vaxt bu bir növ təzyiq kimi qələmə verilərdi. İndi isə adam rahat fikirləşdiyini yaza bilər. Daha kim necə qələmə verirsə versin. Bir-birimizi nə qədər desək aldada bilərik. Futbolu isə əsla aldatmaq olmur. Ona görə sırf “po-futbolnomu” danışaq.

* Kirill Petrovu saxlamaq səhv qərar idi. Onun çatdırmadığını görmək üçün Avroliqanı gözləməyə gərək yox idi. Kəpəz ilə oyunlarda sərgilədiyi futbolu izləmək kifayət idi. Adam topu görən kimi qorxur, oynadığını da oynayıb. Belə bir futbolçuya yeni müqavilə yox, birbaşa bilet təklif olunmalıydı.

* Dario böyük, hətta böyük olmağa çalışan komanda üçün futbolçu deyil. Oynasın özü üçün, publika üçün Kəpəz, ya da istənilən digər əyalət, ambisiyası olmayan komandada. 90 dəqiqə ərzində 2-3 dənə mejdu noq, 2-3 pod sebya, arada bir dənə çerçebe. Səhərisi gün da rayon camaatı çağırsın bunu toylara fəxri qonaq kimi. Hər oyundan sonra da vağzalyanı çayxanalarda qaqaşlar Darionun fintlərini müzakirə etsinlər. Amma adam heç bir halda ciddi futbolçu deyil! Onun Neftçidə nə işi var?!

* Braliçi Balkanlarda təklif etmədiyi menecer qalmadı. Özü də Neftçidə bağladığı pula yox, qat-qat aşağı məbləğə. Elə Premyer-liqamızda çalışan məşqçiləri danışdırsanız kifayətdir.

* Paratski da ortabab bir futbolçudur. Həmin pula, Neftçi kimi adı qür səslənən kluba bu tipli dayaq yarımmüdafiəçi gətirilməz, bəylər! “İzyuminka” deyilən zad yoxdur bu futbolçuda. Ortabab, şablon bir opornikdı.

* Karikari hələ ki sirrli qutudur. Düzdür, bu futbolçunu əvvələr iş başında görmüşəm, inamlı təsir bağışlayırdı. Həmin gündən da xeyli vaxt keçdi. Ona görə hələ qəti bir fikir söyləmək olmur.

* Neftçinin adına, səviyyəsinə uyqun olan tək əcnəbi futbolçu varsa, o da Dabodu. Yazıq nə etsin ki, digər legionel futbolçuların səviyyəsi çox aşağıdır?! Neftçi özəl bir klubdur. Bura gələn əcnəbi futbolçu mütləq şəkildə lider keyfiyyətlərinə sahib olmalıdır. Təəssüflər olsun ki, seleksiya işində bu mütləq prinsipinə riayət olunmadı.

* Futbolda çox vaxt nəticə ədalət prinsiplərinə bağlanır. Mirabdulla Abbasovun Türkiyədə qol vurmadığı komanda qalmadı. Əvəzində klub rəhbərliyi və baş məşqçi (hərçənd Bordinin ciddi məşqçi və söz sahibi olmasına böyük şübhələr var) Karikarini gətirdi. Buna nə ehtiyac var idi? Gül kimi Dabo var, üstəgəl hər zaman onu əvəzləyə biləcək Abbasov. Nəticədə Mirabdullaya 2 oyunda cəmi 13 dəqiqəlik şans verildi.

* Və əlbəttə ki, bütün diqqətlər Bordinə və onu seçən rəhbərliyə yönəlir. İndi bilindi ki, əslində bir həftə öncə Neftçi o qədər möhtəşəm oynamadı. Uypeşt Bakıya ağır marşrut ilə gəlib, iki əsas oyunçusu viza ala bilmədi. Bordin taleyin bu şansından da istifadə edə bilmədi. Məşqçidən sadə bir şey tələb olunurdu, o da 2 top fərqini qorumaq. Bunun üçün da məşqçi müdafiədə kəmiyyəti artırsa, deməli bu adam məşqçi deyil!

Əksinə, Emin Mahmudovu start heyətində buraxmaqla (yenə də ədalət prinsipi), topa daha çox sahib olmaq olardı. Bordinin etdikləri isə göstərir ki, onunla Sənan Qurbanov arasında heç bir fərq yoxdur. Belə baxanda, Sənan bəy ilə tanış olmayan moldovalı dostlar da mənə bu məşqçini məhz bu cür da xarakterizə etmişdi…”.

1news.az

Paylaş:
1150

Son xəbərlər

İcma: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddirBu gün, 17:25Bakıda taxta bazarı yanırBu gün, 16:57Cavanşir Məmmədov dəfn olunub - YENİLƏNİB 1Bu gün, 16:41Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 16:39Səfir: TDT-nin əsas məqsədi türk dövlətləri arasında əlaqələrin inkişaf etdirilməsidirBu gün, 16:06Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 15:47FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilibBu gün, 15:32Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a verilibBu gün, 15:15Gəncədə yanan ev söndürülüb - YENİLƏNİBBu gün, 14:56Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblərBu gün, 14:20Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib - FOTOBu gün, 14:08Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53
Bütün xəbərlər