Ermənistandakı biolaboratoriyalar: region üçün yeni təhlükə | 1news.az | Xəbərlər
Ermənistan

Ermənistandakı biolaboratoriyalar: region üçün yeni təhlükə

15:10 - 25 / 12 / 2020
Ermənistandakı biolaboratoriyalar: region üçün yeni təhlükə

Ermənistan Respublikası bu gün həddindən artıq asılı vəziyyətdədir. Tək Rusiyadan deyil, həm də Avropadan və ABŞ-dan.

Gümrüdə Rusiya hərbi bazasının yerləşməsinə baxmayaraq, Ermənistan ərazisində yumşaq desək Rusiya ilə arası o qədər də yaxşı olmayan digər ölkələrin bir neçə hərbi obyekti fəaliyyət göstərir.

Bir tərəfdən Rusiya Metsamor atom elektrik stansiyasının işinə nəzarət edir, digər tərəfdən Pentaqon Ermənistanın sərhədlərində onlarla biolaboratoriya yaradıb. Qafqazda ziddiyyətlərin bu cür qarışması qonşu ölkələr üçün böyük təhlükədir. İlk növbədə də Azərbaycan üçün.

Biolaboratoriya şəbəkəsi

2008-ci ildə Ermənistanda Serj Sarkisyanın hakimiyyətə gəlişi ilə amerikalı hərbçilərlə, o cümlədən ABŞ-ın “Birgə bioloji iştirak proqramı”ilə fəal əməkdaşlığa başlandı. Bu layihə çərçivəsində inşa edilən biolaboratoriyalar bu gün həm İrəvanda, həm də İcevanda, Vanadzor və Gümrüdə fəaliyyət göstərir. Onlar həmçinin Ermənistanın özü üçün məişət vəzifələrini də yerinə yetirirlər – onlarda qida məhsullarının keyfiyyəti və təhlükəsizliyi yoxlanılır, bakteriyalar və viruslar araşdırılır, Səhiyyə Nazirliyi onlarla əməkdaşlıq edir.

Lakin onlarda əsas qərarları Amerika podratçılarının maraqlarını təmsil edən alimlər qəbul edirlər. Bütün biolaboratoriyalara Ermənistan hökumətinin cavabdeh olmasına baxmayaraq, onları bilavasitə DTRA (“Müdafiə təhlükəsinin azaldılması üzrə Agentlik”) idarə edir. Sonuncunun uğurları xüsusi olaraq açıqlanmır, amma eyni fikirlərə görə, Ermənistanda biolaboratoriyaların yaradılmasına və bioloji təhlükə barədə məlumatlandırma şəbəkəsinin yaradılmasına Pentaqon artıq 51 milyon ABŞ dolları xərcləyib. Federal satınalma saytı Ermənistan rəhbərliyi tərəfindən bu məqsədli vəsaitlərin alınması faktını təsdiq edir.

Ermənistan son 10 ildə mutasiya edən virusların yayılması üçün “təbii poliqon”un nümunəsinə çevrilib. Onların bəziləri bütün Cənubi Qafqazda yayılaraq heyvanlar və insanlar arasında lokal epidemiyalara səbəb olur. Bu təəccüblü deyil, çünki DTRA uzun müddətdir bruselyoz, Afrika donuz vəbası, tularemiya, Sibir qarayarası və müxtəlif növ heyvan qriplərini biosilah kimi tədqiq edir. Həmçinin qapalı olan və rəsmi adı L.Sakvarelidze adına Gürcüstan xəstəliklərin və ictimai sağlamlıq nəzarət mərkəzi olan Gürcüstan biolaboratoriyası ilə birbaşa işləyir.

Bu işlərin mühüm podratçısı bir sıra Afrika və Yaxın Şərq ölkələrində bioloji laboratoriyaların fəaliyyətinin təşkilatçısı kimi tanınmış CH2M Hill şirkətidir. Şirkətin rəsmi təqdimatında qeyd edildiyi kimi, onun nailiyyətlərindən biri də qapalı Gürcüstan biolaboratoriyasında bioloji aktivlərin saxlanılmasının təmin olunmasıdır.

Battelle Memorial İnstitute və Southern Research Institute strukturları da az əhəmiyyət daşımırlar. Bir neçə ay əvvəl onlar “Birgə bioloji iştirak proqramı”nın reallaşdırılması çərçivəsində Ermənistan layihəsinə dəstək haqqında vakansiya yerləşdiriblər. Ermənistanda və onların əsas saytında görülən işlər qeyd olunur.

Yuxarıda sadalanan qurumlarla bağlı olan beynəlxalq fondlar Ermənistanda fəal humanitar siyasət aparmağa başladılar, fermerlərə və aqrobiznesə kömək edərək ərzaq məhsullarının istehsalı və logistikası sistemlərini yaratdılar. Yeni iş yerləri Ermənistan iqtisadiyyatına yeni həyat verdi. Azərbaycanın qonşusunun daxili bioloji təhlükəsizliyini natamam və asılı hala salan “iqtisadi tələ” bu cür işlədi.

Ermənistanın qeyri-müəyyən statusu

Ermənistan rəhbərliyinin bir-biri ilə münaqişədə olan dünya dövlətləri ilə ardıcıl olmayan oyunu uğursuz nəticəyə gətirib çıxarır. Siyasətdə xaos və hərc-mərclik başlayır. Öhdəçilik əhval-ruhiyyəsi və müstəqilliyin olmaması, “iki stulda” oturmaq istəyi yalnız öz milli maraqlarının satqınlığı ilə deyil, həm də qonşulara qarşı hörmətsiz münasibətlə nəticələnə bilər.

Dağlıq Qarabağ torpaqlarının geri qaytarılması, ermənilərdə revanşist əhval-ruhiyyənin artması və Ermənistanın özünün daxilində iğtişaşlar baş verdiyindən, bu qonşu dövlətin öz gizli hərbi obyektlərinə qarşı etinasız və ya məsuliyyətsiz münasibəti riski artır. Xüsusilə bioloji laboratoriyalara. Ermənistanda buna nəzarət edənlərin ağlına nə gələ biləcəyini kim bilir? Bu gün bu ölkə son dərəcə aciz durumdadır və buna görə də Azərbaycan bütün mümkün təhlükələrə, o cümlədən Ermənistan ərazisində yerləşən onlarla bioloji laboratoriyadan irəli gələn təhlükələrə xüsusi diqqət yetirməlidir.

Lakin qeyri-mütəşəkkillik daha sakit vaxt üçün də səciyyəvi ola bilər. Məsələn, 2012-ci ildə Azərbaycanla sərhəddə, Geharkunin vilayətində Sibir qarayarasının geniş yayılması qeydə alınıb. Bu, Ermənistan Səhiyyə Nazirliyinin bir neçə laboratoriyasında yoluxucu xəstəliklərin diaqnostikası üzrə avadanlığın quraşdırılmasından dərhal sonra, həmçinin biolaboratoriyalarda müvafiq ştammların mövcudluğu şəraitində baş verib. Bu barədə dərhal Amerika subpodratçı şirkəti olan DTRA Black & Veatch şirkətinin saytında bildirildi.

“Rusiya ilə xüsusi münasibətlər”

Rusiya cənub sərhədlərində arzuolunmaz epidemioloji vəziyyətin yaranmasından narahat olaraq, dəfələrlə erməni biolaboratoriyalarının statusunu dəqiqləşdirməyə çalışıb. Ermənistanın hazırkı baş naziri Nikol Paşinyanın sözlərinə görə, ABŞ-a məxsus DTRA-nın tikdirdiyi obyektlər Ermənistan tərəfinin tam nəzarəti altındadır. Hətta Ermənistan hakimiyyəti Rusiya mikrobioloqlarına 2017-ci ildə onları ziyarət etməyə icazə verib. Lakin qəti şəkildə ekspertləri virus saxlama anbarlarına və kimyəvi reaktorlara buraxmaq istəmədilər.

Belə görünür ki, bu cür laboratoriyaların meydana çıxması zəngin və nüfuzlu ölkələr tərəfindən, bu halda isə ABŞ tərəfindən sponsorluq axtarışı nümunələrindən biridir. Lakin burada açıq-aşkar siyasi məcburetmə də mümkündür. Ermənistan ilə ABŞ arasında kimyəvi-bioloji təhdidlərin azaldılması proqramına qoşulmaq üçün fəal danışıqların aparıldığı bir vaxtda onların tikintisinə icazə verilməsi də təəccüblü deyil. Ola bilsin ki, bu proses ABŞ-ın Sarkisyan rejiminə loyallığı üçün hansısa siyasi sövdələşməyə çevrilib.

İstənilən halda, mövcud riskləri nəzərə alsaq, Ermənistanla sərhəddə müvəqqəti dondurulmuş münaqişə şəraitində Azərbaycanla sərhəddə bioloji laboratoriyaların mövcudluğu çox narahatedicidir. Ermənistanın bioloji təhlükəsizlik sahəsində suverenliyini itirməsi qonşuları ilə şəffaf və sabit münasibətlər qurmaq istəyən Azərbaycanın maraqlarına cavab vermir.

Dmitri Kerasov

Məqalə müəllifin şəxsi mövqeyini əks etdirir və redaksiya heyətinin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Paylaş:
1364

Son xəbərlər

İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edibBu gün, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54“Yüksəliş” müsabiqəsinin ümumi biliklər imtahanının nəticələri açıqlanıbBu gün, 13:25Euronews Bakı Limanının ekoloji layihələri haqqında geniş video material yayımlayıb - VİDEOBu gün, 13:09Baş Prokurorluqdan sabiq baş pediatrın intiharı ilə bağlı media qurumlarına XƏBƏRDARLIQBu gün, 12:34İcma: ABŞ Dövlət Departamenti insan hüquqlarından sui-isifadə edirBu gün, 12:24Bakıda 3 məktəbin direktorları barəsində intizam tənbeh tədbiri görülüb - SƏBƏBBu gün, 12:1931 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 12:09Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilirBu gün, 12:02Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədir - FOTOBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57
Bütün xəbərlər