Ermənilər Tərtərdə daha bir məktəbi atəşə tutdu - FOTO
Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobud şəkildə pozaraq Tərtərin yaşayış məntəqələrini atəşə tutmağa davam edir.
1news.az xəbər verir ki, “Qafqazinfo”nun cəbhə bölgəsinə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, düşmənin hədəf aldığı məntəqələrdən biri şəhərin 1 saylı tam orta məktəbi olub.
Ermənilərin gecə saatlarında atdığı mərmi təhsil ocağında dağıntılara səbəb olub.
1news.az
309