1news.az

Ermənistanın Bərdəyə raket hücumu zamanı Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətinin könüllüsü də həlak olub

28 Oktyabr saat 23:43 ~ 1 dəqiqəlik oxu 1450
Ermənistanın Bərdəyə raket hücumu zamanı Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətinin könüllüsü də həlak olub

Ermənistan silahlı qüvvələrinin Bərdəyə raket hücumu nəticəsində həlak olanlar arasında Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətinin könüllüsü var.

APA-nın xəbərinə görə, bu barədə Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətinin Avropa bürosunun rəsmi "Twitter" səhifəsində məlumat verilib.

"Bu gün günortadan sonra Azərbaycanın Bərdə şəhərində mülki şəxslərə humanitar yardım çatdırarkən könüllülərimizdən birinin həlak olması xəbəri bizi dərindən kədərləndirdi. 

39 yaşlı ata Qırmızı Aypara Cəmiyyətinin Azərbaycandakı nümayəndəliyinin təcili mobil qrupunun əməkdaşı idi və raket hücumunda həlak olub. Humanist, xeyriyyəçilər hədəf deyil!", - Qırmızı Xaç və Qırmızı Aypara təşkilatının Avropa bürosu bildirib.

S.Xankişiyeva

 

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Siyasət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net