ƏSA Teatrı Gənc Tamaşaçılar Teatrının səhnəsində növbəti dəfə tamaşaçılarla görüşəcək – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

ƏSA Teatrı Gənc Tamaşaçılar Teatrının səhnəsində növbəti dəfə tamaşaçılarla görüşəcək – FOTO

12:46 - 24 / 04 / 2019
ƏSA Teatrı Gənc Tamaşaçılar Teatrının səhnəsində növbəti dəfə tamaşaçılarla görüşəcək – FOTO

Azərbaycanın ilk və tək inklüziv teatrı olan ƏSA Teatrı aprelin 29-da Gənc Tamaşaçılar Teatrının səhnəsində növbəti dəfə tamaşaçılarla görüşəcək.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə məlumatı ƏSA Teatrının baş meneceri Nicat Qulam verib.

Baş menecerin sözlərinə görə, tamaşaçılar ƏSA Teatrının repertuarında olan “Adamlar və siçanlar” tamaşasını hər zaman böyük maraqla izləyiblər:

“İnklüziv teatr kimi repertuarımızda çoxsaylı böyük tamaşalar olsa da istər Bakıda, istərsə də Naxçıvanda tamaşaçılar Con Steynbekin “Adamlar və siçanlar” tamaşasına xüsusi maraq göstərirlər. ƏSA Teatrı isə hər nümayişində tamaşaya modern üslub baxımından yeniliklər edir. Məsəlçün, teatr tarixində ilk dəfə səhnədə canlı nümayiş zamanı film effekti olan “flash back” effektləri məhz, bu tamaşada olması ilə teatr tarixinə düşüb. Təkcə sıravi tamaşaçılar deyil, peşəkar teatr mütəxəssisləri də bu yenilik haqqında yüksək fikirlər bildiriblər.”

Nicat Qulam aprelin 29-da baş tutacaq nümayiş üçün ciddi hazırlıqlardan və tamaşanın bu dəfəki yeniliklərindən danışıb: “Aprel ayının əvvəlindən çətinliklə də olsa məşqlərimizi davamlı edirik. ƏSA Teatrı olaraq, bu il üçün baş tutacaq ilk nümayişimizdə “Adamlar və siçanlar” tamaşası yeni interpretasiyada təqdim olunacaq. Məqsədimiz modern dünya trendlərini yerli auditoriyaya çatdırmaqla yanaşı, inklüiziv incəsənətin sərhədsiz olduğunu göstərməkdir. Bu dəfə isə tamaşanın qəhrəmanları öz azadlıqları naminə fermadan qaçmağı planlaşdırırlar. Qəhrəmanların başlarına gələcək gözlənilməz hadisələri tamaşanı izləməklə biləcəksiz!” 

Tamaşanın quruluşçu rejissoru Nihad Qulamzadədir

Qeyd edək ki, “Adamlar və siçanlar-3. Fermadan qaçış” adlanan tamaşa 29 aprel axşam saat 19:00-da Gənc Tamaşaçılar Teatrının səhnəsində nümayiş olunacaq. Biletləri şəhərimizin bütün kassalarından, iTicket.az onlayn satış saytından və ASAN Xidmət Mərkəzlərindən əldə etmək olar.

S.Xankişiyeva

 

Paylaş:
911

Son xəbərlər

“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Növbəti köç karvanı Füzuliyə çatıb - YENİLƏNİBBu gün, 11:55Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcəkBu gün, 10:56Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaqBu gün, 10:44Xankəndidə avtomat və qumbaralar aşkarlanıbBu gün, 10:35
Bütün xəbərlər