Eurodesign şirkəti “Cisco Solution Innovation Partner” kateqoriyası üzrə Mərkəzi Avropa və EMEAR Emerging regionunun ən yaxşı tərəfdaşı seçilib – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Eurodesign şirkəti “Cisco Solution Innovation Partner” kateqoriyası üzrə Mərkəzi Avropa və EMEAR Emerging regionunun ən yaxşı tərəfdaşı seçilib – FOTO

14:19 - 21 / 04 / 2016
Eurodesign şirkəti “Cisco Solution Innovation Partner” kateqoriyası üzrə Mərkəzi Avropa və EMEAR Emerging regionunun ən yaxşı tərəfdaşı seçilib – FOTO

2015-ci ilin nəticələrinə görə Eurodesign şirkəti Cisco-nun Mərkəzi Avropa və EMEAR Emerging regionunda “İnnovativ həllər üzrə ilin ən yaxşı tərəfdaş” (Solution Innovation Partner of the Year) adına layiq görülüb.

2016-cı ilin fevralın 29-dan martın 3-dək San-Diyeqoda (ABŞ, Kaliforniya) Cisco-nun 20-ci Tərəfdaş Sammiti (Cisco Partner Summit) keçirildi. Sammitdə ötən ilin nəticələri və gələcək üçün planlar müzakirə olundu. Sammit çərçivəsində şirkətin ən böyük uğur əldə etmiş beynəlxalq tərəfdaşlarının mükafatlandırma mərasimi keçirildi.

“Eurodesign şirkətini Azərbaycanda, EMEAR regionunda və dünyada əldə etdiyi fantastik nailiyyətlər münasibətilə 2016-cı ilin Tərəfdaş Sammitində təbrik etməkdən sevinc duyuruq. Bu, sizin komandanızın uğurlu işinin, eləcə də əməkdaşlıq etdiyimiz illər ərzində yaratdığımız mükəmməl tərəfdaş əlaqələrimizin sübutudur. Eurodesign ildən-ilə müxtəlif meyarlara görə regionun ən yaxşı tərəfdaşı adını qazanır. İnnovativ həllər üzrə mükafat şirkətin mütəxəssis komandasının ən yüksək səviyyəli bacarıqlarına, onun müasir bazarın tələblərinə uyğun olaraq informasiya texnologiyaları sahəsinin gündəmini təşkil edən məsələlərin zirvəsində qalmaq əzminə dəlalət edir. Biz şirkətlərimizin bundan sonra da birgə uğur qazanacağından əminik”, ‒ deyə, Cisco şirkətinin EMEAR regionunda tərəfdaşlarla iş üzrə vitse-prezidenti Milo Şakir vurğuladı.

Eurodesig şirkətinin beynəlxalq səviyyəli “Solution Innovation Partner of the Year-2015” mükafatını əldə etməsi, şirkətin dünya miqyasında qazandığı nailiyyətlərinin bariz sübutudur. Bu mükafat hər il Cisco-nun innovativ həllər sahəsində ən böyük nailiyyət əldə edən tərəfdaşlarına verilir. Eurodesign Cisco-nun belə bir yüksək mükafatına layiq görülən yeganə Azərbaycan şirkətidir. 2015-ci ilin nəticələrinə görə Mərkəzi Avropa və EMEAR Emerging regionunda həmin ada layiq görülən 20 şirkətdən cəmi üçünün MDB ölkələrini təmsil edən şirkətin olması, bu uğurun nüfuzunu daha da artırır. Şirkətlər arasındakı uğurlu əməkdaşlığı təsdiqləyən daha bir məqam isə, Eurodesign şirkətinin hal-hazırda sahib olduğu yüksək Premier Partner statusudur.

Bu mükafatı Eurodesign şirkəti bir sıra layihənin uğurla həyata keçirilməsinə görə əldə edib. Bunlardan ən önəmlisi şirkət tərəfindən “Baku-2015” Birinci Avropa Olimpiya Oyunlarının ən yüksək səviyyədə, Beynəlxalq Olimpiya Komitəsinin tələblərinə uyğun olaraq keçirilməsini təmin edən effektiv, etibarlı və təhlükəsiz rəqəmsal mühitin yaradılmasıdır.

“Fəaliyyət göstərdiyi 20 il ərzində Eurodesign şirkəti həyata keçirdiyi bütün layihələrdə ardıcıl olaraq ən yüksək nəticə əldə etmək arzusunu nümayiş etdirir. Daim irəliyə doğru istiqamətlənmə, Cisco ilə uzun müddətli əməkdaşlıq təcrübəsi, habelə mütəxəssislərimizin unikal bacarıqları müştərilərimizə müasir və keyfiyyətli IT xidmətləri göstərməyə möhkəm zəmin yaradır.  Cisco Tərəfdaş Sammitində aldığımız pozitiv enerji və perspektivli baxış bizi bundan sonra da yeni zirvələri fəth etməyə şövqləndirir”, - deyə, Eurodesign Kommersiya departamentinin direktoru Leyla Nəsrullayeva qeyd edib.

Eurodesign haqqında

Eurodesign şirkəti (http://eurodesign.az) Azərbaycan bazarında 1996-cı ildən şəbəkə və sistem inteqrasiyası üzrə xidmətlər göstərir. Şirkətin intellektual bünövrəsini dünya miqyaslı istehsalçılar tərəfindən sertifikatlaşdırılmış 200-dən çox mühəndis və sistem memarları təşkil edir. Şirkət bir çox aparıcı vendorun, o cümlədən, Cisco, Microsoft, Siemens AG, AMP Netconnect, Ecom, HP və digərləri tərəfindən yüksək səviyyəli səlahiyyətlər əldə edib. Şirkətin təqdim etdiyi həll və xidmətlər spektri özündə korporativ şəbəkə infrastrukturunun, videokonfrans rabitəsinin, habelə əlaqə-çağrı mərkəzlərinin yaradılmasını, informasiya təhlükəsizliyinin təmin olunmasını, məlumatları emal etmə və saxlama xidmətlərini, binaların kompleks mühəndis infrastrukturasının quraşdırılmasını, habelə konsaltinq, audit və IT autsorsinq daxil olmaqla, informasiya sistemlərinin texniki dəstəyini, müşaiyət olunmasını və baxımını ehtiva edir. 

Cisco haqqında

İnformasiya texnologiyaları sahəsində dünya lideri olan Cisco, şirkətlərə gələcəyin imkanlarından faydalanmağa kömək edir, öz timsalında sübut edir ki, qoşulmayanı qoşmaqla heyrətləndirici nəticələr əldə etmək olar. Şirkətin təmiz satış həcmi 2015-ci maliyyə ili ərzində 49,2 milyard dollar təşkil edib. Şirkətin təqdim etdiyi həllər və texnologiyalar barədə, habelə cari fəaliyyəti haqqında məlumatlar www.cisco.ruwww.cisco.com internet səhifələrində dərc olunur.

Paylaş:
2407

Son xəbərlər

Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Növbəti köç karvanı Füzuliyə çatıb - YENİLƏNİBBu gün, 11:55Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcəkBu gün, 10:56Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaqBu gün, 10:44Xankəndidə avtomat və qumbaralar aşkarlanıbBu gün, 10:35Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıbBu gün, 10:23NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıbBu gün, 10:01Xırdalanda partladıcı və qumbaralar tapılıb - VİDEOBu gün, 09:46
Bütün xəbərlər