“Eurovision- 2019”-da Azərbaycanı Çingiz Mustafayev təmsil edəcək? – FOTO | 1news.az | Xəbərlər
Mədəniyyət

“Eurovision- 2019”-da Azərbaycanı Çingiz Mustafayev təmsil edəcək? – FOTO

11:44 - 06 / 02 / 2019
“Eurovision- 2019”-da Azərbaycanı Çingiz Mustafayev təmsil edəcək? – FOTO

Sosial şəbəkələrdə və bəzi saytlarda “Eurovision- 2019” mahnı müsabiqəsində Azərbaycanı müğənni Çingiz Mustafayevin təmsil edəcəyi barədə məlumatlar yayılıb. 

1news.az-ın verdiyi xəbərə görə, bu barədə informasiyanı ilk dəfə müsabiqənin ölkəmiz üzrə rəsmi fan səhifəsi olan “İNFE Azerbaijan” İnstagram səhifəsində yazıb. Onlar iddia ediblər ki, may ayında İsrailin paytaxtı Təl-Əvivdə keçirilən beynəlxalq layihədə Çingiz Mustafayev yer alacaq. Lakin daha sonra hesab sözügedən xəbəri səhifəsindən silib. Bununla belə bir çox səhifələr və saytlar həmin xəbəri yaymağa imkan tapıblar.

Yarışmanın Azərbaycan üzrə nümayəndə heyətinin rəhbəri Hüsniyə Məhərrəmova “Qafqazinfo”ya məlumatın doğru olmadığını bildirib: “Xəbər qətiyyən doğru deyil. Milli seçim turlarının qalibi hələ bəlli deyil, seçimlər davam edir. İctimai Televiziya milli seçim turlarının qalibini özü rəsmi olaraq ictimaiyyətə təqdim edəcək”.

Çingiz Mustafayev də İnstagram səhifəsində mövzu barədə açıqlama yayaraq “Eurovision”a getməyəcəyini vurğulayıb:

“İctimai TV tərəfindən seçimlərə dəvət almışam və hamı kimi orada çıxış etmişəm. Ondan sonra heç bir məlumatım olmayıb. İTV ilə əlaqə saxladım, onlar məlumatı təsdiqləmədilər. Xahiş edirəm, mənbəyi bilinməyən məlumatları yazıb ortalığı qatmayın”.

1news.az

Paylaş:
7595

Son xəbərlər

Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədirBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıb - VİDEOBu gün, 10:00“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 10:00Bakı-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə əlavə qatar təyin edilibBu gün, 09:57AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:35Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edibBu gün, 09:28ABŞ qüvvələrinin Nigerdən çıxarılması müzakirə olunacaqBu gün, 09:21Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:03Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25
Bütün xəbərlər