Evdə sağlamlıq üçün bunları etmək vacibdir - 5 TÖVSİYƏ - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Evdə sağlamlıq üçün bunları etmək vacibdir - 5 TÖVSİYƏ - FOTO

10:30 - 08 / 04 / 2020
Evdə sağlamlıq üçün bunları etmək vacibdir - 5 TÖVSİYƏ - FOTO

Evdə divan-kreslo-yataq arasındakı turistik səfərlərimizdən sonra birdən anlayırıq ki, artıq sağlam həyat tərzinə geri-dönüş etməyin vaxtıdır.

Çünki şəkərbura-paxlava sezonu bitdikdən sonra bir bu qədər də evdə oturmaq heç də yaxşı fikir deyil. Yaxşı fikirlər isə bizdə var. Sağlam qalmaq və gündəlik ritmimizi qorumaq üçün nələr etmək vacibdir, biz sizə deyəcəyik.



1 – Sağlam həyat tərzi üçün idman edin!

Bəli, salona gedib foto çəkdirib paylaşmadan da idman etmək olar. İnternetdə bunun üçün yüzlərlə resurs var, sadəcə özünüzə uyğun məşq proqramını tapın və hər gün 1 saatınızı buna ayırın. Saat demişkən, Mi Band 4 alıb idman nəticələrinizi oradan izləyə bilərsiniz. Bu sizə əlavə motivasiya olacaq. Motivasiya deyəndə isə təbii ki, tərəziyə çıxıb verdiyimiz kiloları görməkdən yaxşısı ola bilməz. Bu smart tərəzi adi tərəzidən daha çoxunu edir, əzələ, piy, sümük və su kütləsi göstəricilərini alır, sizə onlara uyğun nəticələr verir. Huawei markalı tərəzini xüsusi tətbiqetmə vasitəsilə də izləyə bilərsiniz. Tətbiqetmələri rahat idarə etməyiniz üçün güclü smartfona ehtiyacınız ola bilər. Son zamanların ən sevilən smartfonu Redmi Note 8 – məsləhətdir! Ağıllısı budur ki, smart qadcetlərə özünüz yuxarıdakı linklərdən baxasınız. Biz isə çox uzatmadan keçək ikinci tövsiyəmizə!

2 – Dadlı və sağlam qidaya başlayın!

Bu gün də yeyək sabahdan idmana başlayırıq dediyinizi eşidirik. Buna ehtiyac yoxdur, hər gün yeyin, amma sağlam yeyin. Qızartma sevənlər, dadlı yeməklərin sağlam yolu var. Restorandakı kimi ət, toyuq, tərəvəz hazırlamaq üçün izqaradan yaxşısı yoxdur. Daha sağlamı da! Asan, ləzzətli və dadlı!

3 – Bol vitaminli içkilər qəbul edin!

Bol su için deməyəcəyik, bunu onsuz da bilirsiniz. Həm maye, həm vitamin ehtiyacınızı ödəmək, həm də günə enerjili başlamaq üçün evdə sıxılmış şirə için. Şnek tipli şirəçəkənlərin üstünlüyü ondan ibarətdir ki, meyvənin şirəsini son damlasına qədər çəkir və geriyə yalnız quru cecə qalır. Həm də şirəni soyuq sıxma ilə çəkdiyi üçün, bütün vitaminlər şirədə qalır. Əgər günə daha da rəng qatmaq məqsədiniz varsa, blenderi götürə və özünüzə dadlı smuzilər hazırlaya bilərsiniz. Ürəyinizi buz kimi saxlayın, Philips blenderinin buzqırma özəlliyi də var.

Ən az sevimli kafedəki qədər içki seçimi yaratmaq üçün tövsiyə etdiyimiz məhsulları gözdən keçirin.

4 – Şəxsi baxımınıza diqqət edin!

Formada olmaq bəs etmir, həm də gərək öz gözünüzə xoş görünəsiniz! Bu sizin gümrahlığınıza birbaşa təsir edir. Bu dəfə başqaları üçün yox, özünüz üçün bəzənin! Saçlarınızın formasını itirməməsi və sağlam qalması üçün Gorenje fenini məsləhət bilirik. Əziz kişilər, siz isə evdəyəm deyib saçı-saqqala qarışdırmayın. Üz dərinizin sağlamlığını qorumaq üçün Philips üzqırxanından istifadə etməyiniz məsləhətdir. Xanımları örnək alın, istənilən vəziyyətdə özünüzə qulluq etməyi unutmayın. Axı sağlam olmaq da gözəldir!

Şəxsi baxım məhsulları ilə daha detallı tanış olasınız deyə məhsulların üzərinə link yerləşdirmişik.

5 – Sağlam qalmaq üçün əhvalınızı yüksək tutun!

Əhvalımız yaxşı olanda özümüzü də əla hiss edirik. Televizorunuzda və ya noutbukunuzda sevdiyiniz mahnının səsini yüksəldin və evdə parti başlasın. Yarıda qalan film və serialları da izləmək də əhvalınıza yaxşı təsir edəcək. Bütün bunlar üçün noutbukum yoxdur deyirsinizsə, Acer Extensa-nın parametrləri sizin ehtiyacları artıqlamasıyla ödəyəcək. Yox, daha böyük ekrana keçmək istəyirsinizsə, sizə 4K dəstəkli Xiaomi televizorunu tövsiyə edirik. Yeni məlumatlarla və fərqli TV layihələrlə beyniniz və zövqünüz də sağlam qalsın.

Texnologiya sevənlər onsuz da bilir, amma biz yenə də qeyd edək, yuxarıdakı linklərdən daha ətraflı məlumat ala bilərsiniz.

Sağlamlıq demiş, bütün bu məhsulları kontakt.az-dan sifariş etsəniz, rahat və pulsuz çatdırılmadan əlavə, kuryerlər bütün gigiyenik şərtlərə tam əməl edəcək. Üstəlik istədiyiniz məhsul haqqında onlayn video-konsultasiya xidmətləri də var. *6060-a zəng edərək və ya 050 411 60 60 nömrəsinə WhatsApp-da yazaraq nömrənizi qoyursunuz, sizə bütün mağazanı video zəng edərək göstərirlər.

Sağlam həyatdan zövq almağın vaxtıdır!

Reklam hüququnda

Paylaş:
852

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEOBu gün, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıbBu gün, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandıBu gün, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİBBu gün, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıbBu gün, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edibBu gün, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTOBu gün, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİBBu gün, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıbBu gün, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandıBu gün, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılırBu gün, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edibBu gün, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54
Bütün xəbərlər