Fransa XİN Ermənistan Azərbaycanla sərhəddə törətdiyi təxribatla bağlı bəyanat yayıb | 1news.az | Xəbərlər
Siyasət

Fransa XİN Ermənistan Azərbaycanla sərhəddə törətdiyi təxribatla bağlı bəyanat yayıb

19:13 - 15 / 07 / 2020
Fransa XİN Ermənistan Azərbaycanla sərhəddə törətdiyi təxribatla bağlı bəyanat yayıb

Fransanın Avropa və Xarici İşlər Nazirliyi Ermənistan Azərbaycanla sərhəddə törətdiyi təxribatla bağlı bəyanat yayıb.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, bəyanatda Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquqa müvafiq surətdə həll ediləcəyinə əminlik ifadə olunur və bu məsələdə ATƏT-in Minsk Qrupu üzvlərinin öhdəlikləri bir daha xatırlanır.

"Fransa Ermənistanla Azərbaycan sərhədində bazar günü başlayan və bir neçə insanın ölümünə səbəb olan silahlı qarşıdurmanı pisləyir. O, hər iki tərəfi atəşkəs rejiminə hörmət etməyə və vəziyyətin daha da pisləşməməsi üçün dialoqu davam etdirməyə çağırır. Minsk qrupunun həmsədri olaraq Fransa, rus və amerikalı tərəfdaşları ilə birlikdə beynəlxalq hüquqa uyğun olaraq, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə və davamlı şəkildə həlli üçün öz öhdəliklərini həyata keçirəcək", - bəyanatda qeyd olunur.

S.Xankişiyeva

 

Paylaş:
366

Son xəbərlər

Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblərBu gün, 14:20Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib - FOTOBu gün, 14:08Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40Bakıda oğlan sevgilisini qısqanclıq zəminində qətlə yetirib - YENİLƏNİBBu gün, 11:22Azərbaycan neftinin qiyməti 89 dollara çatıbBu gün, 11:10Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”Bu gün, 10:55Azərbaycan BMT ilə COP29 çərçivəsində “yaşıl enerji” keçidi və iqlim dəyişikliklərinə qarşı mübarizə istiqamətində müzakirələr aparıbBu gün, 10:43Xankəndidə tapança, avtomat və qumbaralar tapılıbBu gün, 10:36Göygöldə idarəetməni itirən sürücü piyadanı vuraraq öldürübBu gün, 10:32Bəzi ərazilərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 10:07ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışlayıbBu gün, 09:58
Bütün xəbərlər