Frenk Haamann: Yaxın gələcəkdə antibiotiklərdən infeksiyaya qarşı uğurla istifadə edə bilməyəcəyik | 1news.az | Xəbərlər
Müsahibə

Frenk Haamann: Yaxın gələcəkdə antibiotiklərdən infeksiyaya qarşı uğurla istifadə edə bilməyəcəyik

12:26 - 16 / 05 / 2019
Frenk Haamann: Yaxın gələcəkdə antibiotiklərdən infeksiyaya qarşı uğurla istifadə edə bilməyəcəyik

Mərkəzi Gömrük Hospitalı rəhbərliyinin təşəbbüsü və Almaniyanın “Senior Experten Service” təşkilatının dəstəyi ilə Almaniyanın tanınmış mütəxəssisi Prof. Dr. Frenk Haamann 22 aprel -14 may tarixlərində Bakıda Mərkəzi Gömrük Hospitalında olub.

Bu müddət ərzində Prof. Dr. Frenk Haamann infeksiya nəzarəti baxımından hospitalın durumu ilə tanış olub, infeksiya nəzarəti sahəsində  seminarlar keçib və Hospitalda infeksiya nəzarətinin gücləndirilməsi istiqamətində Ümumdünya Səhiyyə Təşkilatının və Avropa standartlarına əsaslanan öz təkliflərini verib. Prof. Dr. Frenk Haamann  müsahibəsini Sizə təqdim edirik.

- Cənab Haamann, Sizin Bakıya səfərinizin əsas məqsədi nədir?

- Almaniyada tibb xidməti göstərən “Senior Experten Service”  qeyri-hökumət təşkilatında yüksək ixtisaslı tibb mütəxəssisləri toplaşıblar. Mən də bu təşkilatın üzvlərindən biriyəm. Biz heç bir siyasi niyyətimiz olmadan fəaliyyət göstəririk, məqsədimiz bizə dəvət gələn zaman həmin yerə gedib öz biliklərimizi və bacarıqlarımızı onlarla bölüşməkdən ibarətdir. Bu baxımdan da, mənə Mərkəzi Gömrük Hospitalın rəhbərliyindən dəvət gəldi və mən bu dəvəti məmnuniyyətlə qəbul edərək, Azərbaycana gəldim.

Mənim Mərkəzi Gömrük Hospitalına dəvəti qəbul etməkdə və buraya gəlməkdə məqsədim infeksiya nəzarəti baxımından hospitalın durumu  ilə tanış olmaq, öz təcrübəmi və biliklərimi paylaşmaqdan ibarətdir. Son illərdə bakteriyaların rezistentliyi, yəni antibiotiklərə həssaslığının azalması bir problemə çevrilib, yəni artıq əvvəllər olduğu kimi antibiotiklər bakteriyaları asanlıqla məhv edə bilmir, onlar daha davamlı, daha dözümlü formalar yaradırlar. Yaxın gələcəkdə,  əvvəllər olduğu kimi biz antibiotiklərdən infeksiyaya qarşı uğurla istifadə edə bilməyəcəyik. Bu baxımdan rezistent mikroorqanizmlərlə mübarizə yollarını birlikdə müzakirə etmək və öz təkliflərimi vermək üçün mən Mərkəzi Gömrük Hospitalına  gəlmişdim.

- İnfeksiya nəzarətini gücləndirmək üçün Siz  hansı tövsiyələri verərdiniz?

- İnfeksiya nəzarətinin  yaxşılaşdırılmasının iki əsas istiqaməti vardır. Bunlardan birincisi, strukturun yaxşılaşdırılması, ikincisi, proseslərin yaxşılaşdırılmasıdır. Ən optimal yol ondan ibarətdir ki, infeksiya nəzarət prosesləri gündəlik həyata inteqrasiya edilməlidir. Belə olan halda o, yaxşı nəzarətə götürülə bilər. Siz infeksiya ilə mübarizəni rahat, planlı şəkildə qurmalı və  gündəlik işinizin bir hissəsinə çevirməlisiniz.

- Siz Almaniyada infeksiya nəzarətinin gücləndirilməsi istiqamətində hansı tədqiqatları aparırsınız? Bu gün dünya ölkələrində, məsələn, Almaniyada bu problem nə dərəcədə aktualdır?

- Mən Almaniyanın Hamburq şəhərində yaşayıram, Hamburq Universitetində çalışıram. Orada mənim apardığım tədqiqat işlərinin əsas istiqaməti multirezistent və mikroorqanizmlər sahəsindəndir. Yuxarıda da qeyd etdiyim kimi, antibiotiklərə dözümlü, dayanıqlı mikrobların formaları barəsindədir. Son illərdə bu mikroorqanizmlərin sayı əvvəlki illərə nisbətən daha çox artmaqdadır, antibiotiklərə qarşı daha dözümlü, daha dayanıqlı olublar. Bütün bunlar xəstələrlə aparılan müalicələrin effektivliyini azaldır, ağır və ciddi təhlükələr yaradır.

Mənim əsas tədqiqat sahəm stafilokok aeros, yəni Azərbaycan dilində desək, qızılı stafilokok deyilən mikrob növləridir ki, ötən əsrin 60-cı illərində artıq onların ilk rezistent növləri, yəni dözümlü növləri meydana çıxmışdı. 1960-cı illərdən sonra, hər 5-10 ildən bir bu dözümlü mikroorqanizmlərin faizi yüksəlməyə doğru davam etmişdir.

Hazırda tədqiqatlar göstərir ki, Almaniyada mikroorqanizmlərin 5-10%-i rezistent mikroorqanizmlər yaradır. Fransada bu, 5-20% arasında olur, ABŞ-da isə bu 50%-ə çatır. Qeyd edim ki, bu çox yüksək rezistent rəqəmdir, böyük təhlükə yaradır. Təhlükə təkcə xəstələrin müalicəsi baxımından yox, hətta o xəstələri müalicə edən tibbi heyət üçün də ciddi təhlükədir. Bu təhlükənin yayılmasının əsas yolu xəstə ilə tibbi heyət arasında olan kontaktdır. Yəni tibb işçiləri xəstəyə toxunan zaman bu mikroblar əllər vasitəsilə xəstədən sağlam insanlara, digər xəstələrə çox asanlıqla keçə bilər. Bu da son zamanlar bütün dünyada böyük təhlükə kəsb etməkdədir. Gələcəkdə bu rəqəmlərin daha da artması gözlənilir. Bu baxımdan biz burada öz biliklərimizi paylaşırıq.  Onu da deyim ki, mən bu tədqiqatlara 7 ilimi sərf etmişəm.

- Azərbaycana gəlməyinizə dəstək verən  “Senior Experten Service” şirkəti haqqında bir qədər ətraflı danışa bilərsiz?

- “Senior Experten Service” cəmiyyəti  haqqında onu deyə bilərəm ki, Almaniyada illər öncə yaradılan bir qeyri-hökumət təşkilatıdır. Yuxarıda da qeyd etdiyim kimi, bu təşkilat heç bir siyasi və ya başqa motivlər güdmür, burada 15 mindən artıq ekspert toplaşıb. Cəmiyyətin maliyyə mənbəyi Almaniyanın biznes qurumlarıdır, təşkilat onların ayırdıqları maliyyə vəsaiti hesabına fəaliyyət göstərir.  Cəmiyyətin mərkəzi Almaniyanın keçmiş paytaxtı olan Bonn şəhərində yerləşir.

Cəmiyyətdə müxtəlif sahələrdən, tikintidən tutmuş tibbə qədər bütün sahələrdən yüksək ixtisaslı mütəxəssislər ekspert kimi çalışır və öz missiyalarını həvəslə yerinə yetirirlər. Müxtəlif ölkələrin tibb müəssisələri onları öz ölkələrinə dəvət edir, sifarişlərə və istəklərə uyğun olaraq dəvətləri qəbul edirlər. Mən özüm Azərbaycana gələnə qədər Boliviyada, Qazaxıstanda oldum. Bundan sonra Afrika qitəsində Qanaya dəvət almışam.

- Mərkəzi Gömrük Hospitalında infeksiya nəzarəti işinin təşkili, göstərilən tibbi xidmətin səviyyəsi ilə bağlı nə deyə bilərsiniz?

- Mərkəzi Gömrük Hospitalının nailiyyətləri məni çox sevindirir.  Mən burada olduğum müddət ərzində aydınlaşdırdım ki, bu, işini yüksək səviyyədə, dünya standartlarına uyğun şəkildə quran və yüksək tibbi xidmət göstərən hospitaldır. Təchizat baxımından da, çox yüksək səviyyəli, standartlara cavab verən avadanlıqlarla təchiz olunub. Burada tanınmış həkimlər işləyir. Çox yaxşı haldır ki, hospitalın rəhbərliyi və işçiləri tərəfindən mümkün ola biləcək təhlükənin qarşısını almaq üçün indidən qabaqlayıcı tədbirlərin görülməsi öncədən planlaşdırılır.

Demək istəyirəm ki, böyük təhlükə yaradan mikroorqanizmlərlə 10-20 ildən sonra heç antibiotiklər də bacarmayacaq, onların heç bir təsiri olmayacaq. Ona görə də, biz buna hazır olmalıyıq, istər struktur baxımından, istərsə də personalın hazırlığı baxımından. Hospital qabaqlayıcı tədbirlər görməklə çox önəmli bir işə start verib.

- Bu Sizin Azərbaycana ilk səfərinizdir? Bakı ilə bağlı  təəssüratlarınız bizə çox maraqlıdır...

- Bəli, bu mənim Azərbaycana ilk səfərimdir. Bakı haqqında həm eşitmişdim, həm də internetdə görmüşdüm. Bura gəldikdən sonra gördüm ki, Bakı keçmişlə gələcəyin qovuşuğunda olan möhtəşəm bir şəhərdir. Bakı həm qədimdir, həm də çox modern şəhərdir. Bakının çox gözəl gəzməli yerləri var. Mənim üçün Hospital tərəfindən çox maraqlı mədəni proqram tərtib edilmişdir.  Mən bir çox tarixi yerlərdə, Azərbaycanın tarixi etnoqrafiyası ilə yaxından tanış oldum,  konsertlərdə, teatrlarda oldum, Bakının gözəlliyindən və qonaqpərvər insanları ilə ünsiyyətdən böyük zövq aldım.

Sonda  mən dəvətə görə Mərkəzi Gömrük Hospitalın  rəhbərliyinə dərin təşəkkürümü bildirirəm və Hospitalın həkimlərini böyük məmnuniyyətlə  Almaniyaya yaşadığım Hamburq şəhərinə  dəvət edirəm. İndidən deyim ki, gəlişlərinə çox şad olaram.

1news.az

Paylaş:
1398

Son xəbərlər

Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaqBu gün, 14:12Xəzər dənizində tikinti üçün süni torpaq sahələri yaradılacaqBu gün, 13:51Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıbBu gün, 13:34Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:182024-2025-ci tədris ili üçün “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilirBu gün, 12:59Məleykə Abbaszadədən gənclərə çağırış: “Ali məktəbə qəbul olmaq üçün yalnız bal toplamaq kifayət etmir”Bu gün, 12:5430 dərəcə isti olacaq - Sabahın HAVASIBu gün, 12:40Azərbaycan Mərkəzi Bankı ilə Visa arasında əməkdaşlıq imkanları müzakirə edilibBu gün, 12:32Məzahir Pənahov parlament seçkilərini müşahidə etmək üçün Maldivə gedirBu gün, 12:27Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıbBu gün, 12:20Deputat: “ABŞ sülhməramlı missiyanın çıxmasını alqışlamalı, Azərbaycanı təbrik etməli idi”Bu gün, 11:53FHN: Ötən sutka 4 nəfər xilas edilibBu gün, 11:51Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunubBu gün, 11:33“Xəzər səması-2024”birgə taktiki təlimi keçirilib - VİDEOBu gün, 11:20Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcəkBu gün, 11:06Fransanın növbəti diplomatları qovulub - “Observer Online” yazırBu gün, 10:58AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir - FOTOBu gün, 10:52Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 10:33Qızıl ucuzlaşıbBu gün, 10:22Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb - FOTOBu gün, 10:15
Bütün xəbərlər