Fuad Muradov Türkiyədə yaşayan azərbaycanlılarla ermənilərin təxribatlarını müzakirə etdi - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Fuad Muradov Türkiyədə yaşayan azərbaycanlılarla ermənilərin təxribatlarını müzakirə etdi - FOTO

11:27 - 16 / 07 / 2020
Fuad Muradov Türkiyədə yaşayan azərbaycanlılarla ermənilərin təxribatlarını müzakirə etdi - FOTO

Türkiyədə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının onlarla nümayəndəsi Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbər şəxslərinin iştirakı ilə videokonfransa qatılıb və ölkəmizin dövlət sərhədinin Tovuz istiqamətində Ermənistanın Azərbaycana qarşı növbəti təxribatından sonra vahid platforma üzərindən hərəkət etməyə qərar verdiklərini bildiriblər.

Diasporla İş üzrə Dövlət Komitəsindən 1news.az-a verilən məlumata görə, komitənin sədri Fuad Muradov Ermənistanın Azərbaycana qarşı növbəti təxribatı barədə danışıb, düşmənin qəfil və xain hücumu nəticəsində hərbçilərimizin və mülki şəxslərin həlak olduğu və yaralandığı, Azərbaycan Ordusunun bu təxribata layiqli cavab verdiyi barədə ətraflı məlumat verilib.

Döyüşlərdə şəhid olan hərbçilərimizin qəhrəmanlıqları dilə gətirilib və onların xatirəsi yad edilib.

Bu ağır günlərdə hər zaman olduğu kimi Türkiyənin Prezidenti Rəcəb Teyyub Ərdoğan başda olmaqla bütün dövlət rəsmilərinin və türk xalqının Azərbaycanın yanında olduğunu, qəti mövqe sərgilədiyini vurğulayan komitə sədri bildirib ki, 15 iyul həm də qardaş ölkədə dövlət çevrilişi cəhdinin qarşısının alınmasının növbəti ildönümüdür və bu yolda canlarını verən qəhrəman türk övladlarının əziz xatirəsini dərin hörmətlə anırıq.

Müzakirələr zamanı Türkiyədə yaşayan soydaşlarımız diaspor təşkilatlarının bir araya gəlməsinə, Koordinasiya Şurasının yaradılmasına, vahid platforma üzərindən hərəkət etməyə böyük ehtiyac olduğu bildirilib. Azərbaycan diasporunun həyata keçirdiyi tədbirlərin koordinasiyalı şəkildə dünyada işıqlandıracaq media orqanının (qəzet, internet saytı və onlayn media qrupu) yaradılması ilə bağlı ortaq qərara gəliblər. Tədbir iştirakçıları bildiriblər ki, Qərbə və türk icmalarına dəqiq və səhih məlumatların çatdırılması üçün Dövlət Komitəsinin informasiya dəstəyi göstərməsi olduqca vacibdir.

Qardaş ölkədəki diaspor təşkilatlarının fəaliyyətini qiymətləndirərkən komitə sədri soydaşlarımızın yeni dövrün çağırışlarına hazır olmasının vacibliyindən danışıb. Ermənistanın ölkəmizə qarşı törətdiyi və planlaşdırdığı təxribatlar, Azərbaycan həqiqətləri ilə bağlı dürüst informasiyaların beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması kimi məsələlərdə dünyadakı türk icması ilə birgə fəaliyyət göstərməyin əhəmiyyəti vurğulanıb.

Qafar Ağayev

Paylaş:
463

Son xəbərlər

Dövlət Xidməti 2 ayda 11 min mənşə sertifikatı veribBu gün, 17:50Ceyhun Bayramov Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə cari vəziyyəti müzakirə edibBu gün, 17:38Mikayıl Cabbarov Alessandra Rokkasalvo ilə görüşdü, tərəfdaşlıq istiqamətləri barədə müzakirə aparılıbBu gün, 17:30AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıbBu gün, 17:19Hikmət Hacıyev: ABŞ-nin sülh prosesində Ermənistanın xeyrinə birtərəfli mövqe tutması çox məyusedicidirBu gün, 17:10Milli Məclisin deputatı Özbəkistana səfər edəcəkBu gün, 17:00Meteohəssas insanların diqqətinə!Bu gün, 16:59Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayırBu gün, 16:44Sumqayıtda fəhlə işlədiyi zavodda ölübBu gün, 16:41Nobel Mükafatı Laureatı, professor Muhammad Yunus UNEC Rektoruna müraciət edibBu gün, 16:29ADY-nin Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılırBu gün, 16:22Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 16:15Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22
Bütün xəbərlər