Gəncədə dağılmış ev və obyektlərin sayı açıqlandı - RƏSMİ | 1news.az | Xəbərlər
Cəmiyyət

Gəncədə dağılmış ev və obyektlərin sayı açıqlandı - RƏSMİ

16:40 - 19 / 10 / 2020
Gəncədə dağılmış ev və obyektlərin sayı açıqlandı - RƏSMİ

Erməni silahlı qüvvələrinin oktyabrın 17-də törətdikləri təxribat nəticəsində Gəncə şəhərinə dəymiş ziyan müəyyənləşdirilir.

1news.az xəbər verir ki, bu barədə Trend-ə şəhər icra hakimiyyətindən məlumat verilib. Məlumatda bildirilir ki, ilkin məlumata görə, hadisə nəticəsində 20 ev ermənilərin atdıqları raket zərbəsindən tam dağılıb: "Bundan başqa, şəhərdə 4 uşaq bağçası, 1 orta məktəb və bir poliklinikaya ciddi ziyan dəyib. Hazırda hadisə nəticəsində zərər çəkən digər ev və obyeklərlə bağlı araşdırmalar aparılır".

Məlumatda qeyd edilir ki, hadisə nəticəsində zərər görən yaşayış evləri və digər mülki obyektlərin sayı daha çoxdur.

Xatırladaq ki, oktyabrın 17-də gecə saatlarında Ermənistan silahlı qüvvələri Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni raket atəşinə tutub. 2 yaşayış məntəqəsinə raket düşməsi nəticəsində 13 nəfər dünyasını dəyişib, 52 nəfər isə xəsarət alıb.

1news.az

Paylaş:
661

Son xəbərlər

Azad olunandan sonra Xankəndi şəhərində ilk körpə dünyaya gəlib - FOTOBu gün, 17:10Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıbBu gün, 16:50Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərikBu gün, 16:35Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirikBu gün, 16:18“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdiBu gün, 16:09Azərbaycanda işğaldan azad edilmiş ərazilərə xərcləmələr 5 % artıbBu gün, 15:44Dövlət başçısı: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız varBu gün, 15:40“Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır”Bu gün, 15:06Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə görüşübBu gün, 14:58İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirikBu gün, 14:48Prezident: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdürBu gün, 14:46Yenilənmiş Porsche Bakı Mərkəzinin açılış mərasimi baş tutdu! - FOTOBu gün, 14:45İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edirBu gün, 14:36Məşhur azərbaycanlı maliyyəçisi Fərid Əlizadə Vyanada vəfat edibBu gün, 14:09Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib - VİDEOBu gün, 14:02Daha 39 ailəyə Füzuzildə mənzillərinin açarı təqdim olunub - YENİLƏNİBBu gün, 13:55Elnur Məmmədov Njdenin təlimatlarının Ermənistanda yaşadıldığını BƏM-in hakimlərinin diqqətinə çatdırıbBu gün, 13:40QDİƏT-in turizm üzrə təhsil müəssisələrinin 1-ci görüşündə “Bakı Bəyannaməsi” qəbul edilibBu gün, 13:30Sabahın havası açıqlandıBu gün, 12:52ABB-nin ATM-lərində yenilik!Bu gün, 12:41
Bütün xəbərlər