1news.az

Geyiminə görə parlamentdən qovuldu – VİDEO

17 Yanvar saat 12:21 ~ 1 dəqiqəlik oxu 231
Geyiminə görə parlamentdən qovuldu – VİDEO

Qırğızıstan parlamentində xarici görünüşü ilə diqqət çəkən agentlik məmuru deputatların tənqidi ilə üzləşib.

1news.az-ın Qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, ilkin peşə təhsili agentliyinin əməkdaşı Talantbek Tınısov “Joqorku Keneş”ə (Qırğızıstanın Milli Məclisi) adi kofta və pencəkdə gəlib. Bunu görən spiker Mirlan Bakirov “Parlamentə gələrkən nə cür geyinməklə bağlı reqlament var. Bu nə deməkdir? Aparat hara baxır? Bura bazardır?”, – deyə əsəbiləşib.

Tınısov isə əynindəkinin cemper olduğunu və rəhbərlik xəstələndiyi üçün onu əvəz etdiyini bildirib. Bununla belə agentlik əməkdaşını siyahıda adı olmadığını əsas gətirərək məclisdən qovublar.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Dünya BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net