GUAM Ermənistanın Bərdə və Tərtəri raket atəşinə tutmasını kəskin şəkildə qınayıb | 1news.az | Xəbərlər
Siyasət

GUAM Ermənistanın Bərdə və Tərtəri raket atəşinə tutmasını kəskin şəkildə qınayıb

20:09 - 29 / 10 / 2020
GUAM Ermənistanın Bərdə və Tərtəri raket atəşinə tutmasını kəskin şəkildə qınayıb

Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat (GUAM) Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Bərdə və Tərtər rayonlarının raket atəşinə tutulmasını pisləyən bəyanat yayıb.

1news.az-ın verdiyi xəbərə görə, Twitter səhifəsində yerləşdirilən bəyanatda çoxsaylı insan tələfatı ilə nəticələnən Ermənistanın raket hücumu kəskin şəkildə qınanılıb:

“Ermənistanın oktyabrın 27-28-də Azərbaycanın Bərdə və Tərtər rayonlarında mülki infrastrukturu raket atəşinə tutmasını qınayırıq. Bu hücumlar cəbhə bölgəsindən uzaqda yerləşən ərazilərdə çox sayda dinc insanın həlak olmasına və yaralanmasına səbəb olub. Onların arasında uşaq, qadın və yaşlı insanlar da var. Eyni zamanda, çox sayda mülki obyekt dağıdılıb. Ermənistanın dinc əhaliyə qarşı istifadə etdiyi ballistik raketlər və kasetli bombalar beynəlxalq hüquq tərəfindən qadağan olunub. Bu bəyanatla Ermənistan silahlı qüvvələrinin belə cinayət əməllərini pisləyirik. Beynəlxalq ictimaiyyət səmərəli mexanizmdən istifadə edərək Ermənistanı Azərbaycana qarşı müharibə cinayətləri törətməsinin qarşısını almalıdır”.

S.Xankişiyeva

 

Paylaş:
339

Son xəbərlər

Nobel Mükafatı Laureatı, professor Muhammad Yunus UNEC Rektoruna müraciət edibBu gün, 16:29ADY-nin Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılırBu gün, 16:22Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 16:15Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28
Bütün xəbərlər