Gürcüstanın Xarici İşlər nazirinin müavini 20 Yanvar şəhidlərinin xatirəsini Azərbaycan Səfirliyində yad edib - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Gürcüstanın Xarici İşlər nazirinin müavini 20 Yanvar şəhidlərinin xatirəsini Azərbaycan Səfirliyində yad edib - FOTO

17:12 - 23 / 01 / 2021
Gürcüstanın Xarici İşlər nazirinin müavini 20 Yanvar şəhidlərinin xatirəsini Azərbaycan Səfirliyində yad edib - FOTO

Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin 20 Yanvar və 9 Aprel hadisələri ilə əlaqədar elan etdiyi “Müstəqilliyə aparan yol - Azərbaycan-Gürcüstan” adlı rəsm və inşa müsabiqəsinə yekun vurulub.

1news.az xəbər verir ki, cari ilin yanvar ayının 22-də Azərbaycanın Respublikasının Tbilisi şəhərində yerləşən Səfirliyində müsabiqənin təltifetmə rasimi keçirilib. Təltifetmə mərasiminə fəxri qonaq qismində Gürcüstanın xarici işlər nazirinin müavini Aleksandr Xvtisiaşvili qatılıb.

Tədbirin əvvəlində Səfir Faiq Quliyev ilə Aleksandr Xvtisiaşvili  müsabiqə iştirakçılarının çəkdiyi rəsm və yazdıqları inşalar ilə tanış olublar.

Daha sonra Səfir Faiq Quliyev açılış nitqi çıxış edib. F.Quliyev Səfirliyin Qanlı Yanvar hadisələrinin 31-ci ildönümü ilə bağlı silsilə tədbirlərin keçirildiyini bildirib. O, əslən gürcüstanlı olan 20 Yanvar şəhidlərinin ailələrini ziyarət olunduğu barədə məlumat verib. O, şəhidlərimizin adlarının əbədiləşdirilməsi üçün lazımi tədbirlərin görülməsi istiqamətində işlərin aparıldığını bildirib.  Səfir, hər iki xalqın müstəqillik yolunda mübarizəsindən, bu yolda baş verən qanlı hadisələrin tarixindən və nəticələrindən söz açıb. 

Səfir Faiq Quliyev müsabiqənin əhəmiyyətindən danışaraq, yarışda iştirak edən iştirakçılara öz təşəkkürünü bildirib. Səfir qeyd edib ki,  müstəqilliyimizin bərpası ilə nəticələnən hər iki hadisə Azərbaycan və Gürcüstanda milli kimliyin formalaşmasına zəmin yaradıb. O vurğulayıb ki, şəhidlərin qanları hesabına əldə olunmuş müstəqillik əbədi və dönməzdir.

Daha sonra çıxış edən Gürcüstanın xarici işlər nazirinin müavini Aleksandr Xvtisiaşvili müsabiqənin təşkilinə görə Azərbaycan Səfirliyinə minnətdarlığını bildirib. Nazir müavini, belə müsabiqələrin təşkil edilməsinin gənc nəsilin öz tarixini unutmamasına böyük dəstək verdiyini qeyd edib. Nazir müavini deyib ki, dövlət müstəqilliyi uğrunda şəhid olanlar böyük fədakarlıq göstəriblər, onların xatirəsi əziz tutulmalı və yaşadılmalıdır. O, müsabiqə iştirakçılarını və qalibləri təbrik edib, bu cür tədbirlərin təşkilinin gənc nəslin milli ruhda böyüməsində mühüm rol oynadığını vurğulayıb.

Həmçinin, Azərbaycan Respublikası ilə Gürcüstan arasındakı strateji tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinə toxunan Nazir müavini,  iki ölkə arasında münasibətlərin bütün sahələr üzrə yüksək səviyyədə inkişaf etdiyini, Azərbaycan Respublikası ilə Gürcüstan rəhbərliyi arasında olan sıx münasibətlərin qurumlararası münasibətlərdə də öz əksini tapdığını bildirib.

Daha sonra müsabiqənin qaliblərinin təltifetmə mərasimi keçirilib.

Müsabiqəyə hər iki nominasiya üzrə 52 iş təqdim olunmuşdur. İlk üç yeri tutan iştirakçılara diplom və hədiyyələr, müsabiqənin iştirakçılarının hamısına təşəkkürnamələr, fərqlənən 4 işə görə isə sertifikatlar və hədiyyələr təqdim olunub.
Müsabiqə iştirakçıları Səfir Faiq Quliyev və Gürcüstanın Xarici İşlər nazirinin müavini Aleksandr Xvtisiaşvili təltif olunublar.

Tədbirin yekununda xatirə şəkili çəkilib.

1news.az



 

Paylaş:
468

Son xəbərlər

“Azneft”in rəhbərini işdən çıxardı - Yeni təyinatBu gün, 12:41Mərkəzi Bank: Azərbaycanda manata inam qorunub saxlanılıbBu gün, 12:38Sabah qərb küləyi əsəcək - ProqnozBu gün, 12:22“Azərbaycan” gəmi-bərəsi yenidən istismara qaytarılıb - FOTOBu gün, 12:15Meşə fondu torpaqlarında bayram günlərində 100 mindən artıq ağac əkilibBu gün, 12:12Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 12:10Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşübBu gün, 11:59Ermənistanın Baş naziri “mühacir Qarabağ hökumətini” tanımadığını bildiribBu gün, 11:53Ağdərədə odlu silah-sursat aşkarlandıBu gün, 11:46DTX 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb - VİDEOBu gün, 11:29Mərkəzi Bank uçot dərəcəsini endiribBu gün, 11:14Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak üçün qeydiyyat elan edilibBu gün, 10:57Naxçıvanda avtomobil yolunda qaya uçqunu oldu - VİDEOBu gün, 10:38TKTA-dan xarici diplomların tanınmasındakı vacib məqamla bağlı ÇAĞIRIŞBu gün, 10:24Əli Nağıyev: Taleyinə aydınlıq gətirilmiş daha 73 itkinin adı yaxın günlərdə ictimaiyyətə açıqlanacaqBu gün, 10:21Xankəndidə 7 qumbara, 6 qumbaraatan tapılıbBu gün, 10:20Hərbi institutun kursantları ilə praktiki məşğələlər keçirilib - VİDEOBu gün, 10:13DTX rəisi: “Fransa Ermənistanı yeni müharibəyə təhrik edir”Bu gün, 10:10Tibbi tullantılarla təhlükəsiz davranış – sağlam gələcəyin zəmanətidirBu gün, 10:00Bakıda döyüş tətbiqinə yararlı əl qumbarası və UZRQM partladıcısı aşkarlanıb - FOTO - VİDEOBu gün, 09:59
Bütün xəbərlər