Nazim Süleymanov: Qonaqpərvərlik – vətənpərvərlik hisslərini daşıyan və tərənnüm edən incəsənətdir  – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazim Süleymanov: Qonaqpərvərlik – vətənpərvərlik hisslərini daşıyan və tərənnüm edən incəsənətdir  – FOTO – VİDEO

10:00 - 25 / 06 / 2019
Nazim Süleymanov: Qonaqpərvərlik – vətənpərvərlik hisslərini daşıyan və tərənnüm edən incəsənətdir  – FOTO – VİDEO

Həmyerlimiz beynəlxalq universitetin Azərbaycandakı səfiri təyin edilib.

Les Roches International School of Hotel Management-in Azərbaycandakı səfiri seçilən, həmçinin 2019-cu ildə “Ambassador of  Les Roches in Azerbaijan” adına layiq görülən Nazim Süleymanov uğur tarixçəsini bizimlə bölüşüb:

- Dünyanın 1 nömrəli Qonaqpərvərlik məktəbi olan Les Roches International School of Hotel Management-in Azərbaycandakı səfiri seçilməyinizlə bağlı tarixçəni bölüşməyinizi istərdik:

- Les Roches-da təhsil almaq, bütün Qonaqpərvərlik industriyasında çalışanların arzusudur. Mən təhsilimi 2018-ci ildə Postgraduate Executive proqramı əsasında alan ilk azərbaycanlı olmuşam. Təhsil aldığım müddətdə göstərdiyim yüksək nəticələri nəzərə alaraq, 2019-cu ildə “Ambassador of  Les Roches in Azerbaijan” adına layiq görülmüşəm və bununla fəxr edirəm.

Les Roches Universiteti ilə yanaşı, Glion Universiteti də dünyanın aparıcı Qonaqpərvərlik universitetlərinin sıralarına daxildir. Bu universitetlər, İsveçrə modelindən istifadə edərək, praktik dərslərə böyük yer ayırır və tələbələrə beynəlxalq şirkət və otellərdə təcrübə keçmək üçün imkan yaradırlar.

- Sizin üçün qonaqpərvərlik nədir?

- Qonaqpərvərlik incəsənətdir! Qonaqpərvərlik – insan və təbiət sevgisi, qayğı, vətənpərvərlik hisslərini daşıyan və tərənnüm edən insanlar üçün ideal sahədir. Bu sahə həmçinin perfeksionistlərin cənnətidir – mükəmməl təmizlik, səliqə-səhman, simmetriya…

Qonaqpərvərlik incəsənət olduğu üçün azad fikir, yaradıcılıq və fərqli baxış tələb edir. Ölkəmizdə bu sahə heç də yeni deyil və uğur hekayəsi olanlar bu sahəyə yaradıcı yanaşdığı üçün uzunmüddətli fəaliyyət göstərib.

-  Bu sahədə biznes sahibləri olan, həmçinin bu sahəni sevən və gələcəyini bu sahə ilə bağlamaq istəyənlərə nə kimi tövsiyələr vermək istərdiniz?

*Mikromenecmentlə qonaqpərvərlik tərs mütənasibdir! – Təlim keçin, güvənin və azadlıq verin;

* Qonaqlarınızla danışın! – işçilərinizə qonaqlarla ünsiyyət qurmağı təlim edin və təşviq edin. Mükəmməl xidmət ünsiyyətlə tamamlanır;

*Rəhbərliyiniz göz önündə, qonaqlara “əlçatan” olun!

*Gördüyünüz işdən zövq alın, onu həvəslə edin! – Həvəslə görülmüş hər bir iş öz bəhrəsini mütləq verir;

*Özünüzü və işçilərinizi yalnız pulla motivasiya etmək kifayət deyil! – “Emosional əmək haqqı” daha dəyərlidir;

*Dəyişikliklərə açıqfikirli olun! – Qonaqpərvərlik hər gün fərqlidir, özünəməxsusdur;

*Ulduzlar Sizsiniz! – 5 ulduz meyarları binalara deyil, həmin binalarda xidmət göstərən insanlara məxsus olmalıdır;

*Unikal olun! – Qonaqlarınız gözləntilərini aşaraq, fərqli təəssüratlarla təəccübləndirin;

*Gördüyünüz işin nəzəriyyəsini öyrənin! – Dünyanın ən yaxşı Qonaqpərvərlik məktəblərində təhsil alın;

*Gözlərinizlə gülümsəyin! – Əmin olun ki, qonaqlar səmimi gülüşlə süni gülüşü seçə bilir.

- Ölkəmizdə turizm sektorunun inkişafı ilə bağlı qısaca fikrinizi öyrənmək istərdik:

- Qonaqpərvərlik sahəsini seçməklə doğru addım atdığınıza inanın. Qeyri-neft sektorunun ən uğurlu və qlobal perspektivli sahələrindən biri olaraq Qonaqpərvərlik – Hotel, Restoran, Aviasiya, Kruiz və Media kimi bir çox sahələri əhatə edir. PWC-in “Doing Business Guide and Investing in Azerbaijan” 2019-cu il buraxılışına əsasən, ölkəmiz yanvar-mart ayları ərzində, 151 müxtəlif ölkədən 629.4 min və ya ötən illərlə nisbətdə 12.4% daha çox qonaq qəbul etmişdir. Qonaqlar 27.4% Rusiya Federasiyası, 22.1% Gürcüstan, 15.8% İran, 11.6% Türkiyə, 4.7% BƏƏ, 1.9% Ukrayna, 1.8% İraq, 14.7% digər ölkə vətəndaşlarından ibarət olmuşdur. F1 Grand Prix tədbirlərinin 2 il ərzində Azərbaycan iqtisadiyyatına töhfəsi təqribən 280 milyon ABŞ dolları olmuşdur. Ümumilikdə, ölkəmizin 2016-2018-ci illərdə əsas makroiqtisadi göstəricilərinin dinamikasına nəzər salsaq, turizm və ictimai iaşə sektorunda artım faizi 2016-cı ilin 0.1 göstəricisindən 2018-ci ilin yekunlarına əsasən 7.6 faizədək artmışdır.  

Təbii resursları məhdud olan qonşu ölkələrdə qonaqpərvərlik sektorunun iqtisadiyyatdakı payını və inkişaf tempini də əsas götürərək, rəqabət mühitində, ölkəmizdə də bu sahənin mütəxəssislərinin yetişməsinə və ölkəmizə gələn qonaqlara “5 ulduz xidmət” göstərilməsinə, bu yolla qonaqların ölkəmizə yenidən gəlməsinə zəmin yaradacaq “Qonaqpərvərlik incəsənəti”nin nəzəriyyəsinin öyrənilməsində fayda vardır.

Sonda, qonaqpərvərlik sahəsində aparıcı olan, Les Roches və Glion Universitetlərində təhsil almaqla “Yüksək Pilotaj” əldə etmək istəyənlərə, Azərbaycanda rəsmi nümayəndə olan və bu universitetlərə uğurla qəbul olmaq üçün dəstək göstərən Prime Education şirkətinə müraciət etmələrini tövsiyə edirəm.

Əlaqə: +99450 207 21 13

+99412 488 67 85 (ext. 12)

Instagram: https://www.instagram.com/xaricdetehsil_edu/

Facebook: https://www.facebook.com/primeeducation.az

Reklam hüququnda

 

Paylaş:
943

Son xəbərlər

Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilə tullantısız gələcək - FOTOBu gün, 12:58“Azneft”in rəhbərini işdən çıxardı - Yeni təyinatBu gün, 12:41Mərkəzi Bank: Azərbaycanda manata inam qorunub saxlanılıbBu gün, 12:38Sabah qərb küləyi əsəcək - ProqnozBu gün, 12:22“Azərbaycan” gəmi-bərəsi yenidən istismara qaytarılıb - FOTOBu gün, 12:15Meşə fondu torpaqlarında bayram günlərində 100 mindən artıq ağac əkilibBu gün, 12:12Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 12:10Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşübBu gün, 11:59Ermənistanın Baş naziri “mühacir Qarabağ hökumətini” tanımadığını bildiribBu gün, 11:53Ağdərədə odlu silah-sursat aşkarlandıBu gün, 11:46DTX 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb - VİDEOBu gün, 11:29Mərkəzi Bank uçot dərəcəsini endiribBu gün, 11:14Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak üçün qeydiyyat elan edilibBu gün, 10:57
Bütün xəbərlər