Hərbi yönümlü Qeyri-Hökumət Təşkilatlarından təxribat xarakterli video yayan şəxslə bağlı BƏYANAT | 1news.az | Xəbərlər
Cəmiyyət

Hərbi yönümlü Qeyri-Hökumət Təşkilatlarından təxribat xarakterli video yayan şəxslə bağlı BƏYANAT

19:15 - 16 / 07 / 2020
Hərbi yönümlü Qeyri-Hökumət Təşkilatlarından təxribat xarakterli video yayan şəxslə bağlı BƏYANAT

Hərbi yönümlü Qeyri-Hökumət Təşkilatları bəyanat yayıb.

1news.az-a məlumatına görə, bəyanatda deyilir:

"Məlum olduğu kimi, iyulun 12-dən etibarən ölkəmizin Tovuz istiqamətində olan dövlət sərhədi fitnəkar düşmən olan separatçı Ermənistan tərəfindən hücumlara məruz qaldı. Qüdrətli Silahlı Qüvvələrimizin rəşadətli hərbçiləri düşmən tərəfin təxribatına tutarlı cavablar verir və əməliyyat şəraitinə tam nəzarət edir. Xalqımız baş verənləri həssaslıqla izləyir, Silahlı Qüvvələrimizə yüksək etimadlarını ifadə edərək hərbçilərimizin qəhrəmanlıqlarını qürur hissi ilə qarşılayırlar. Ordumuzun uğurlu cavab əməliyyatları, düşmənin dayaq nöqtələrinə vurulan sarsıdıcı zərbələr hər bir Azərbaycan vətəndaşının sevincinə səbəb olur. Elə bütün bunların təzahürü idi ki, 14 iyul tarixində xalqımız meydanlara yürüş edərək dövlətimizə, hərbçilərimizə dəstək şüarları səsləndirib, milli birlik nümayiş etdirdilər. Regionun hesablaşılan gücü olan dövlətimiz cəbhə xəttində ərazisinin toxunulmazlığı istiqamətində hərbi əməliyyatlar keçirməklə bərabər həm daxildə həm də xaricdə olan məkrli insanların ordu-xalq birliyinə nifah salmaq istəyinə qarşı mübarizə aparır. Belə şəxslərdən biri də təxribat xarakterli video yayan düşmən xislətli Rəşad Məmmədovdur. "Vətənpər" açıqlamasında guya ki, cəbhədə baş verənlərə pis olduğunu, emosianallıq edərək həmin videonu düşünmədən paylaşdığını bildirir. Düşmənə xidmət edən əməlinə hansı don geyindirməsindən asılı olmayaraq bu kimi şəxslər hüquq-mühafizə orqanları tərəfindən ən sərt, ən qəddar formada cəzasını almalıdır. Çünki, düşmənə xidmət etməyin yalnız bir adı var - xəyanət!

Biz hərbiyönümlü QHT-müharibə şəraitinə uyğun cəzaların tətbiq olunmasını, ölüm hökmünün bərpa olunaraq riyakar, düşmənə xidmət edənlərin ölüm hökmü ilə cəzalanmasını tələb edirik.

1. “Ehtiyatda olan Zabitlərin Konfederasiyası” İctimai Birliyi

2. “Azərbaycan Qarabağ Müharibəsi, Əlilləri Veteranları və Şəhid Ailələri” İctimai Birliyi

3. “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyi

4. “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyi

5. “Azərbaycan Əfqanıstan Veteranları” İctimai Birliyi

6. “Azərbaycan Çernobl Əlilləri İttifaqı” İctimai Birliyi

7. “Qarabağ Qaziləri” İctimai Birliyi

8. “20 Yanvar” İctimai Birliyi

9. Azərbaycan Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyi

10. “Qarabağ Əlilləri və Veteranları” İctimai Birliyi

11. Beynəlmiləlçi Əlil Döyüşçülər Fondu

12. “Əsgər Ailəsi Cəmiyyəti” Vətənpərvərliyin Təbliği İctimai Birliyi

13. “Müharibə Veteranı Qadınlarına Sosial Yardım” İctimai Birliyi

14. “Şəhid Ailələrinin Hüquqlarının Təmin Olunması” İctimai Birliyi

15. “Əsgər Ailələrinə Dəstək” İctimai Birliyi

16. “Erməni Təcavüzünün Tanıdılması” İctimai Birliyi".

1news.az

Paylaş:
398

Son xəbərlər

Bakıda növbəti ümumşəhər iməciliyi keçirilib - YENİLƏNİBBu gün, 18:02Bakıda taxta bazarı yanır, əraziyə polislər cəlb olunub - YENİLƏNİBBu gün, 17:40İcma: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddirBu gün, 17:25Cavanşir Məmmədov dəfn olunub - YENİLƏNİB 1Bu gün, 16:41Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 16:39Səfir: TDT-nin əsas məqsədi türk dövlətləri arasında əlaqələrin inkişaf etdirilməsidirBu gün, 16:06Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 15:47FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilibBu gün, 15:32Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a verilibBu gün, 15:15Gəncədə yanan ev söndürülüb - YENİLƏNİBBu gün, 14:56Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblərBu gün, 14:20Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53
Bütün xəbərlər