Heydər Əliyev Fondu bir sıra müəssisənin dezinfeksiya işlərini təşkil edib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Heydər Əliyev Fondu bir sıra müəssisənin dezinfeksiya işlərini təşkil edib – FOTO

19:28 - 30 / 03 / 2020
Heydər Əliyev Fondu bir sıra müəssisənin dezinfeksiya işlərini təşkil edib – FOTO

Heydər Əliyev Fondu koronavirus (COVID-19) infeksiyası ilə mübarizə sahəsində dövlət tərəfindən görülən işlərə dəstək olaraq bir sıra müəssisələrin dezinfeksiya işlərini təşkil edib.

Belə ki, Fondun daimi himayəsində olan körpələr və uşaq evləri, internat məktəbləri, Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət Müəssisəsi, Uşaq Psixonevroloji Mərkəzinin yerləşdiyi bina və ərazilər dezinfeksiya olunub.

1news.az-ın verdiyi xəbərə görə, eyni zamanda qeyd olunan müəssisələrə dezinfeksiyaedici vasitələr, maskalar və digər qoruyucu vasitələrdən ibarət yardımlar ayrılıb. Həkim briqadaları xüsusi karantin rejimi çərçivəsində zəruri profilaktik tədbirlər barədə müəssisələrin sakinləri və işçi heyətə təlimlər keçib.

Həmçinin Heydər Əliyev Fondu tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın mövcud qaydalarının, sosial təcrid rejiminin tətbiq olunması üçün zəruri təşkilati dəstək göstərilib. Virusa yoluxmada risk qrupuna daxil olan ahıl vətəndaşların məskunlaşdığı Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət Müəssisəsində xidməti personalın kənar mühitlə təmasını maksimum məhdudlaşdırmaq üçün Fondun təşkilatçılığı ilə uzunmüddətli növbəli sistem yaradılıb.

S.Xankişiyeva

 

Paylaş:
366

Son xəbərlər

Məşhur azərbaycanlı maliyyəçisi Fərid Əlizadə Vyanada vəfat edibBu gün, 14:09Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib - VİDEOBu gün, 14:02Daha 39 ailəyə Füzuzildə mənzillərinin açarı təqdim olunub - YENİLƏNİBBu gün, 13:55Elnur Məmmədov Njdenin təlimatlarının Ermənistanda yaşadıldığını BƏM-in hakimlərinin diqqətinə çatdırıbBu gün, 13:40QDİƏT-in turizm üzrə təhsil müəssisələrinin 1-ci görüşündə “Bakı Bəyannaməsi” qəbul edilibBu gün, 13:30Sabahın havası açıqlandıBu gün, 12:52ABB-nin ATM-lərində yenilik!Bu gün, 12:41Vətəndaşları hərbi xidmətdən yayındırmaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayırBu gün, 12:26Ceyhun Bayramov çexiyalı həmkarı ilə görüşübBu gün, 12:16Milli Məclis Azərbaycanla Albaniya arasında viza tələbinin ləğvinə razılıq veribBu gün, 12:07“McDonald’s Azərbaycan” və DSMF qazi övladları üçün seminar təşkil ediblər - FOTO - VİDEOBu gün, 12:06Azərbaycan-Ermənistan sərhədində koordinatların dəqiqləşdirilməsinə başlanılıbBu gün, 11:42Bakıda məktəblilərə tütün məmulatları satanlar cərimələnibBu gün, 11:21Fidan Hacıyevanın Birinci Beynəlxalq Opera Festivalı keçiriləcəkBu gün, 11:12Narkotikin qanunsuz dövriyyəsi barədə aşkarlanan cinayətlərin sayı açıqlandıBu gün, 10:50Bakıda kafedən pul oğurlayan şəxs saxlanılıbBu gün, 10:35Azərbaycanda I rübdə 7 milyard kVt/saatdan çox elektrik enerjisi istehsal olunubBu gün, 10:20Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanırBu gün, 09:57Azərbaycanda zəlzələ olubBu gün, 09:50Xənkəndidə silah-sursat aşkar edildiBu gün, 09:41
Bütün xəbərlər