1news.az

Heydər Əliyev Fondu ürək qüsurlu uşaqların əməliyyatına dəstək oldu

17 İyul saat 16:41 ~ 1 dəqiqəlik oxu 91
Heydər Əliyev Fondu ürək qüsurlu uşaqların əməliyyatına dəstək oldu

Heydər Əliyev Fondunun dəstəyi ilə Cəbrayıl və Füzuli rayonlarından olan ürək qüsurlu uşaqlar üzərində cərrahiyyə əməliyyatı həyata keçirilib.

1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin iyunun 1-3 tarixlərində Cəbrayıl rayonunun Cocuq Mərcanlı qəsəbəsi və Füzuli rayonunda "Uşaq ürəkləri Qarabağda döyünür!" şüarı altında keçirdiyi xeyriyyə aksiyası zamanı 400-dək uşaq diaqnostik tibbi müayinələrdən keçirilmişdi.

Müayinələr nəticəsində 7 usaqda anadangəlmə mürəkkəb ürək qüsurları aşkarlanmış və onların Mərkəzi Gömrük Hospitalına yönləndirilməsinə qərar verilmişdi.

Qeyd olunan uşaqların əməliyyatı və müalicəsi ilə bağlı məsələləri Heydər Əliyev Fondu öz üzərinə götürüb.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net