Heydər Əliyev Fondunun dəstəyi ilə Çində ibtidai məktəbin idman sahəsi təmir ediləcək – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Heydər Əliyev Fondunun dəstəyi ilə Çində ibtidai məktəbin idman sahəsi təmir ediləcək – FOTO

11:10 - 04 / 12 / 2019
Heydər Əliyev Fondunun dəstəyi ilə Çində ibtidai məktəbin idman sahəsi təmir ediləcək – FOTO

Çinin Yunnan əyalətinin Malipo qəsəbəsindəki 2 saylı ibtidai məktəbin idman sahəsi Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir ediləcək.

1news.az-a Аzərbaycan Respublikasının Çin Xalq Respublikasındakı Səfirliyindən verilən xəbərə görə, layihənin  təqdim edilməsi mərasimində çıxış edən Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı Azərbaycan və Çin arasında tarixən formalaşmış dostluq əlaqələrindən danışıb və bu gün ikitərəfli əlaqələrimizin bütün sahələrdə yüksələn xəttlə inkişaf etdiyini qeyd edib. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri Si Cinpin arasındaki səmimi dostluq və qarşılıqlı etimada əsaslanan münasibətlərin əməkdaşlığımızın bütün sahələrdə, o cümlədən humanitar sahədə genişlənməsini şərtləndirdiyini vurğulayan səfir, bu xüsusda, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və ölkənin Birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Çində həyata keçirdiyi layihələr barədə geniş məlumat vermişdir.

Heydər Əliyev Fondu və Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyası arasında 2017-ci ilin noyabrında imzalanmış əməkdaşlıq haqqında Memoranduma uyğun olaraq Çinin müxtəlif şəhərlərində, o cümlədən Pekində Azərbaycan mədəniyyətinin təbliğinə həsr olunmuş tədbirlərin təşkil edildiyini, gənclər arasında qarşılıqlı mübadilələrin həyata keçirildiyini qeyd edən səfir Ə.Zeynallı vurğulamışdır ki, Yunnan əyalətinin Malipo və Cinpin qəsəbələrində yoxsulluğun aradan qaldırılması proqramı çərçivəsində 27 oktyabr tarixində Çinin Xarici İşlər Nazirliyi tərəfindən Pekin şəhərində təşkil olunmuş beynəlxalq xeyriyyə yarmarkasında da, məhz Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanın Çindəki Səfirliyi fəal iştirak etmiş və yarmarkanın uğurlu keçməsinə xüsusi töhfə vermişdir.

Humanitar sahədə əməkdaşlığımızın davamı olaraq, Malipo qəsəbəsində yoxsulluğun aradan qaldırılması tədbirləri çərçivəsində Heydər Əliyev Fondu tərəfindən 2 saylı ibtidai məktəbin idman sahəsinin əsaslı təmir edilməsinin qərara alındığını bildirən səfir, Malipo qəsəbəsində həyata keçiriləcək bu layihənin uğurla başa çatmasını arzulamışdır.

Tədbirdə çıxış edən Çin Kommunist Partiyasının Malipo qəsəbəsi Partiya Komitəsinin katibi Lyo Yan Heydər Əliyev Fondu tərəfindən göstərilən bu nəcib təşəbbüsə görə Malipo əhalisi adından minnətdarlığını bildirmiş, Malipo qəsəbəsinin Çinin Vyetnam ilə sərhəddində yerləşdiyini və ölkənin ən yoxsul qəsəbələrindən biri hesab olduğunu vurğulamışdır. O, bu qəsəbədə 280 min nəfər əhalinin yaşadığını və sözügedən 2 saylı ibtidai məktəbdə 1500 nəfər şagirdin təhsil aldığını qeyd edərək, Çinin yoxsulluğun aradan qaldırılması üzrə dövlət proqramı çərçivəsində görülmüş işlərdən danışmış, Azərbaycanın dəstəyinin proqram çərçivəsində xüsusi əhəmiyyətli olduğunu bildirmiş və bunu Azərbaycan-Çin dostluğunun bariz nümunəsi kimi qiymətləndirmişdir.

Sonda Malipo qəsəbəsi Xalq Hökuməti və Malipo qəsəbəsi Partiya Komitəsi adından Heydər Əliyev Fonduna göstərilmiş dəstəyə görə “İanə sertifikatı” təqdim edilmişdir.

S.Xankişiyeva

 

Paylaş:
445

Son xəbərlər

Azərbaycanda bayram namazı qılınıbBu gün, 09:37Neftçalada narkokuryerliklə məşğul olmaqda şübhəli bilinən 7 nəfər saxlanılıb - FOTOBu gün, 09:15Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan bayramı münasibətilə paylaşım edibBu gün, 09:08Azərbaycanda Ramazan bayramı qeyd edilirBu gün, 09:00İqtisadiyyat naziri Rusiyaya işgüzar səfər edib - ФОТО09 / 04 / 2024, 20:58AZAL Bakıdan Sofiyaya bilet satışına start verib09 / 04 / 2024, 18:33Bu gün unudulmaz aktyor Ceyhun Mirzəyevin doğum günüdür09 / 04 / 2024, 17:45Qəbələdə “Hacıalılı” elektrik yarımstansiyası və Regional Təlim Mərkəzi istifadəyə verilib - FOTO09 / 04 / 2024, 17:43Yol polisi velosipedçilərə çağırış edib09 / 04 / 2024, 17:382 nəfərin dəm qazından zəhərlənərək ölməsi faktı ilə bağlı cinayət işi başlanıb09 / 04 / 2024, 17:33Baş Prokurorluq məişət zorakılığı ilə bağlı müraciət edib09 / 04 / 2024, 17:29Qəbələnin Bum qəsəbəsində tam orta məktəbin yeni binası istifadəyə verilib09 / 04 / 2024, 17:23Azərbaycan Özbəkistanla komanda-qərargah təlimi keçirəcək09 / 04 / 2024, 17:16“Azərbaycan Dəmir Yolları” tranzit yüklərin daşınmasını 11% artırıb09 / 04 / 2024, 17:09Prezident Qəbələdə Heydər Əliyevin abidəsini ziyarət edib09 / 04 / 2024, 16:48Dövlət Komitəsində BMT nümayəndələri ilə görüş keçirilib09 / 04 / 2024, 16:40Prezident Böyük Pirəli-Kiçik Pirəli-Xırxatala-Cığatelli-Həmzəli avtomobil yolunun açılışında iştirak edib09 / 04 / 2024, 16:15ABB 2 sektor üzrə araşdırma hesabatlarını təqdim etdi!09 / 04 / 2024, 15:54Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbuluna başlanılır09 / 04 / 2024, 15:51Qəbələ Rayon Mərkəzi Xəstəxanası istifadəyə verilib09 / 04 / 2024, 15:49
Bütün xəbərlər