Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada iftar verilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada iftar verilib – FOTO

12:03 - 15 / 05 / 2019
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada iftar verilib – FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Rusiya Müftilər Şurası tərəfindən Moskvadakı “Poklonnaya qora”da qurulmuş “Ramazan çadırı”nda “Azərbaycan Günü” təşkil edilib və iftar süfrəsi açılıb.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, iftardan əvvəl Azərbaycan ruhanilərinin nümayəndəsi Müqəddəs Qurani-Kərimdən ayələr oxuyub, axşam duası verib.

Tədbirdə ictimai xadimlər, Azərbaycan diasporunun nümayəndələri, müxtəlif millətlərdən olan 1000-ə yaxln müsəlman iştirak edib. Gecədə “İxlas” Fondunun nümayəndəsi Anas Məmmədov, “Əhli-beyt” dini təşkilatının sədri Nizami Baloğlanov çıxış edərək iftar süfrəsinin təşkilinə görə tədbir iştirakçıları adından Heydər Əliyev Fonduna və şəxsən Fondun vitse-prezidenti Leyla Əliyevaya təşəkkür ediblər. Onlar qeyd ediblər ki, “Poklonnaya qora”da “Ramazan çadırı” təşkil edilməsi artıq ənənəyə çevrilib və müsəlmanlar üçün bu mühüm tədbirdə Azərbaycan, Heydər Əliyev Fondu hər il iştirak edir.

Tədbirin aparıcısı Rusiya Müftilər Şurası adından Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya, habelə “Ramazan çadırı-2019” tədbirinə təşkilati, yaradıcı və mənəvi töhfəyə görə Fondun nümayəndəsi Ayan Həsənovaya təşəkkürnamə təqdim edib.

Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Vüqar İmaməliyev bütün müsəlmanları Ramazan ayı münasibətilə təbrik edib, “Ramazan çadırı”nın təşkilinə görə Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri Leyla Əliyevaya və Moskva Müsəlmanları Ruhani İdarəsinə təşəkkürünü bildirib.

 “Zəkat” Fondunun rəhbəri Rifat İzmayılov xeyriyyəçiliyin vacibliyi barədə çıxış edərək deyib: “Biz, dindarlar xeyriyyəçilik trendi yaratmalıyıq. Ona görə ki, “xeyriyyəçilik” anlayışını başqalarına sirayət etməklə biz dünyanı daha da yaxşılaşdırır, onu daha xeyirxah edirik. Heydər Əliyev Fondu da, digər xeyriyyə fondları da buna çalışır, yaxşılıq etməyin asan olmasını şəxsi nümunələrində göstərirlər”.

Sonra müsəlmanlar iftarlarını açıb, Azərbaycan milli mətbəxinin yeməklərini və şirniyyatını dadıblar.

İftarda Heydər Əliyev Fondunun 15 illiyinə həsr olunmuş videoçarx nümayiş etdirilib. Tədbirdə “Bakı” ansamblının və müğənni Samir Salamın ifasında Azərbaycan milli musiqisi səslənib. “İman” müsəlman məktəbinin şagirdləri Ramazan ayına həsr edilmiş səhnələşdirilmiş proqram təqdim ediblər.

Qeyd edək ki, Rusiya Müftilər Şurasının mühüm layihəsi olan “Ramazan çadırı” xalqlar arasında dostluğu möhkəmlətmək, Moskvada yaşayan və islam dininə etiqad bəsləyən çoxsaylı xalqların nümayəndələrini birləşdirmək naminə həyata keçirilir.

Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyi hər il bu layihədə fəal iştirak edir, dindarlar üçün iftar təşkil edir.

S.Xankişiyeva

Paylaş:
467

Son xəbərlər

Bakıda taxta bazarı yanırBu gün, 16:57Cavanşir Məmmədov dəfn olunub - YENİLƏNİB 1Bu gün, 16:41Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 16:39Səfir: TDT-nin əsas məqsədi türk dövlətləri arasında əlaqələrin inkişaf etdirilməsidirBu gün, 16:06Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 15:47FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilibBu gün, 15:32Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a verilibBu gün, 15:15Gəncədə yanan ev söndürülüb - YENİLƏNİBBu gün, 14:56Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblərBu gün, 14:20Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib - FOTOBu gün, 14:08Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40
Bütün xəbərlər