Hikmət Hacıyev: “Artıq yetər, işğal faktının aradan qaldırılmasına yönəlik addımlar atılmalıdır” | 1news.az | Xəbərlər
Siyasət

Hikmət Hacıyev: “Artıq yetər, işğal faktının aradan qaldırılmasına yönəlik addımlar atılmalıdır”

14:51 - 16 / 07 / 2020
Hikmət Hacıyev: “Artıq yetər, işğal faktının aradan qaldırılmasına yönəlik addımlar atılmalıdır”

“ATƏT-in həmsədrləri bəyanat veriblər. Lakin onlar Ermənistanın mövqeyini pisləməlidirlər”.

1news.az-ın APA-ya istinadən məlumatına görə, bunu bu gün mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Hacıyev deyib ki, hələlik bu bəyanatlar ümumi xarakter daşıyır: “Artıq yetər. İşğal faktının aradan qaldırılmasına yönəlik addımlar atılmalıdır. Bu sahədə ATƏT-in Minsk Qrupu həmsədrlərinin üzərinə də məsuliyyət düşür”.

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, Ermənistan bu təxribata görə məsuliyyəti Azərbaycanın üzərinə atmaq istəyib: “Ancaq Ali Baş Komandanın rəhbərliyi altında atılan diplomatik addımlar Ermənistanın bu niyyətini puç etdi”.

Hacıyev nəzərə çatdırıb ki, Ermənistan döyüşdəki itkilərini gizlədir: “Ermənistan hərbi və informasiya müstəvisində uğursuzluğa düçar olanda mülki obyektləri hədəf alır. Artıq yaşlı vətəndaşımız həlak olub. Bu faktlar beynəlxalq ictimaiyyətə çatdırılır. Ermənistanın əməlləri beynəlxalq hüquqi sənədlərin kobud surətdə pozulmasıdır”.

1news.az

Paylaş:
417

Son xəbərlər

Azərbaycan-Ermənistan sərhədində koordinatların dəqiqləşdirilməsinə başlanılıbBu gün, 11:42Bakıda məktəblilərə tütün məmulatları satanlar cərimələnibBu gün, 11:21Fidan Hacıyevanın Birinci Beynəlxalq Opera Festivalı keçiriləcəkBu gün, 11:12Narkotikin qanunsuz dövriyyəsi barədə aşkarlanan cinayətlərin sayı açıqlandıBu gün, 10:50Bakıda kafedən pul oğurlayan şəxs saxlanılıbBu gün, 10:35Azərbaycanda I rübdə 7 milyard kVt/saatdan çox elektrik enerjisi istehsal olunubBu gün, 10:20Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanırBu gün, 09:57Azərbaycanda zəlzələ olubBu gün, 09:50Xənkəndidə silah-sursat aşkar edildiBu gün, 09:41Ölkə ərazisində sulu qar, yağış yağıb - Faktiki havaBu gün, 09:11Muxtar Babayev Britaniyanın BMT-dəki daimi nümayəndəsi ilə görüşübBu gün, 09:06Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOBu gün, 09:04Bakının bir sıra yollarında tıxac yaranıb - SİYAHIBu gün, 08:56Prokurorluq məişət zorakılığından zərərçəkmiş şəxslərlə bağlı müraciət etdi22 / 04 / 2024, 17:55Sahibə Qafarova Gürcüstan Parlamentinin nümayəndəsi ilə münasibətlərin inkişafından danışdı22 / 04 / 2024, 17:35Azərbaycan Prezidenti: Rusiya rəhbərliyinin və ictimaiyyətinin Heydər Əliyevin əziz xatirəsinə ehtiramını yüksək qiymətləndiririk22 / 04 / 2024, 17:22Agentlikdən sosial şəbəkə istifadəçilərinə ÇAĞIRIŞ22 / 04 / 2024, 17:17Putin: Heydər Əliyev BAM layihənin icrasında böyük rol oynayıb22 / 04 / 2024, 17:02ABB-nin baş sponsorluğu ilə alış-veriş festivalı davam edir!22 / 04 / 2024, 16:59Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü olub22 / 04 / 2024, 16:50
Bütün xəbərlər