Hikmət Hacıyev: Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır | 1news.az | Xəbərlər
Siyasət

Hikmət Hacıyev: Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır

09:19 - 12 / 11 / 2018
Hikmət Hacıyev: Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır

Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyevin trend-ə müsahibəsi

- Kütləvi informasiya vasitələrində Norveçin Azərbaycanda səfirliyinin fəaliyyətinin dayandırılması barədə məlumat verildi. Bu barədə nə deyərdiniz?

- Bu məsələyə xüsusi bir əhəmiyyət verməyə lüzum görmürük. Hər bir ölkə öz xarici siyasətini müəyyən edərkən səfirlik və ya digər statuslu diplomatik nümayəndəliyin açılması və ya bağlanması barədə qərar qəbul edir. Norveçin Bakıda akkreditə olunmuş səfirliyinin fəaliyyətini dayandırması Norveç hökumətinin öz işidir. Bu, sıradan olan adi bir haldır və bizdə hər hansı təəssüf doğurmur.

Norveçin Azərbaycanda səfirliyi 1998-ci ilin iyununda təsis edilib və əsas məqsəd o zaman "Statoil" adı ilə fəaliyyət göstərən Norveçin neft şirkətinin fəaliyyətini yüngülləşdirmək və onun biznes maraqlarını təşviq etmək idi. Azərbaycanın Norveçdə səfirliyi açılmayıb və açıq desək, belə bir fikir də olmayıb. Azərbaycanın İsveçdəki səfirliyi qeyri-rezident əsasda, eyni zamanda Norveçdə də akkreditasiya olunub.

Azərbaycanda iqamətgahı Bakıda olmaqla 65 ölkənin səfirliyi, 20 beynəlxalq təşkilatın nümayəndəliyi və 12 fəxri konsulluq akkreditasiya olunub. Bunların içərisində 25 səfirlik Avropa ölkələrinə məxsusdur. Həmçinin, ölkəmizdə 4 Baş konsulluq fəaliyyət göstərir. Son olaraq Portuqaliya, Venesuela, Peru və Kosta-Rikanın Azərbaycanda səfirlikləri açılıb. Azərbaycanın 70 səfirliyi və diplomatik ofisi, beynəlxalq təşkilatlar yanında 5 nümayəndəliyi, 9 Baş konsulluğu və 14 fəxri konsulluğu fəaliyyət göstərir. Avropa ölkələrində ölkəmizin otuza yaxın səfirlik və diplomatik nümayəndəliyi akkreditə olunub.

- Norveçin Azərbaycanda səfirliyinin fəaliyyəti birmənalı olmayıb, Azərbaycanın daxili işlərinə qarışmaq və bu səbəbdən vaxtilə Norveç səfirinin persona non-qrata elan edilməsi kimi məsələlər gündəmə gəlib. Bu barədə nə deyərdiniz?

- Bu keçmişdə qalan məsələdir, amma qeyri-hökumət təşkilatı fəaliyyəti ilə diplomatiyanı qarışıq salan səfir və diplomatların olması faktları mövcuddur.

Əvvəlki illərdə Norveçin Azərbaycanda səfiri işləmiş Steynar Gil adlı şəxs diplomatik protokol qaydalarına uyğun gəlməyən və diplomatik münasibətlər haqqında Vyana Konvensiyasını pozmaqla fəaliyyət göstərərək Azərbaycan və Norveç arasındakı əlaqələrə böyük zərbə vurub. Həmin şəxs səfir statusunu daşıdığı halda, Azərbaycanın daxili işlərinə müdaxilə etməyə cəhdlər göstərib və ikitərəfli əlaqələrlə məşğul olmaq əvəzinə müxalifətin mitinqlərində iştirak edərək digər bu qəbildən olan qeyri-legitim fəaliyyətləri həyata keçirib.

Nəticə etibarilə bu ona gətirib çıxardı ki, Azərbaycan hökuməti onun ölkəmizdən çıxarılması haqqında məsələləri müzakirə etməyə başlamışdı. Yekunda Norveç hökuməti onu vaxtından əvvəl geri çağırdı. Norveçin ictimai-siyasi dairələrində və mediasında kənar qüvvələrin ölkənin daxili işlərinə təsiri və müdaxiləsinin xüsusi həssaslıqla qarşılandığının və daim öz suverenliyinin qorunmasına xüsusi əhəmiyyət verdiyinin fövqündə, görəsən, rəsmi Oslo belə bir davranışlı səfirin ölkədə fəaliyyətinə dözərdimi? Əlbəttə ki, xeyir.

Azərbaycan heç bir dövlətin daxili işlərinə qarışmır və öz daxili işlərinə də digər dövlətlərin qarışmasını heç zaman qəbul edə bilməz.

Azərbaycanın uğurlu xarici siyasəti vardır və məzmun və coğrafi baxımdan müqabil tərəfdaş ölkələrlə qarşılıqlı hörmət və bərabərhüquqlu prinsiplər əsasında ikitərəfli əlaqələrimiz davamlı olaraq inkişaf edir.

1news.az

 

Paylaş:
438

Son xəbərlər

8 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51
Bütün xəbərlər