İlham Əliyev: Azərbaycan və Türkiyə həm sevincli, həm də kədərli günlərdə daim bir-birinə dayaqdırlar | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev: Azərbaycan və Türkiyə həm sevincli, həm də kədərli günlərdə daim bir-birinə dayaqdırlar

16:26 - 15 / 07 / 2020
İlham Əliyev: Azərbaycan və Türkiyə həm sevincli, həm də kədərli günlərdə daim bir-birinə dayaqdırlar

Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub göndərib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Əziz Qardaşım,

Sizi səmimiyyətlə salamlayıram.

Bu gün Türkiyədə 15 iyul dövlət çevrilişi cəhdinin növbəti ildönümüdür. Bu çevriliş cəhdi Türkiyə dövlətinə qarşı yönəlmiş xain plan idi. Sizin qəhrəmanlığınız və Türkiyə xalqının Sizə olan sevgisi sayəsində qardaş ölkəniz bu çətin sınaqdan daha da güclü çıxmışdır. “Demokratiya və Milli Birlik Günü” xalqınızın öz dövlətçiliyinə və demokratik ənənələrinə sadiqliyinin bariz nümunəsidir.

Mən dövlət çevrilişi cəhdinin qarşısının alınması yolunda canlarını verən şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirəm.

Türkiyə dövlətinə və xalqına qarşı olan bu xəyanətkar dövlət çevrilişi cəhdini ilk dəqiqələrdən ən qəti şəkildə pisləyən ölkə Azərbaycan olub. Bununla Azərbaycan xalqı və dövləti qardaş Türkiyənin yanında olduğunu göstərmişdir.

Azərbaycan və Türkiyə “Bir millət, iki dövlət” şüarı əsasında həm sevincli, həm də kədərli günlərdə daim bir-birinə dayaqdırlar.

Biz də bütün məsələlərdə Türkiyənin güclü dəstəyini hiss edirik. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Türkiyə hər zaman Azərbaycanla həmrəy olub, bütün beynəlxalq təşkilatlarda ölkəmizin haqlı mövqeyini müdafiə edib.

İyulun 12-də Ermənistan Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində hərbi təxribat törədib. Bu, Ermənistanın Azərbaycana qarşı növbəti xəyanətkar aqressiya aktıdır və bütün məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərindədir. Bu qəfil və xain hücum nəticəsində Azərbaycan Ordusunun hərbçiləri, eyni zamanda, mülki şəxslər həlak olub və yaralanıb.

Azərbaycan Ordusu bu təxribata layiqli cavab verib. Şəhidlərimizin qisası alınıb. Onların qanı yerdə qalmayıb, bundan sonra da qalmayacaq. Azərbaycan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq öz ərazi bütövlüyünü təmin edəcək.

Bu hadisə adi sərhəd toqquşması deyil, Ermənistanın işğalçı siyasətinin davamıdır. Hər zaman olduğu kimi, bu gün də Ermənistan rəhbərliyi öz ikiüzlü və riyakar siyasətinə sadiq qalaraq həm öz ictimaiyyətini, həm də dünya birliyini aldatmağa çalışır. Ölkələrində hökm sürən sosial-iqtisadi problemlərin fonunda Azərbaycanla münaqişəni alovlandırmaqla müəyyən məqsədlərə çatmaq istəyirlər.

Ermənistanın Azərbaycana qarşı hərbi hücumuna ilk reaksiyanı qardaş Türkiyə Respublikası verib. Dünənki çıxışınızda Ermənistanın təxribatları ilə bağlı Türkiyənin qəti mövqeyini bir daha ifadə etdiniz. Azərbaycana göstərdiyiniz dəstəyi xalqımız yüksək qiymətləndirir.

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi regionda sülhün və təhlükəsizliyin təmin olunmasına xidmət edən, əməkdaşlığın inkişafına töhfə verən mühüm amildir. Əminəm ki, birliyimiz və həmrəyliyimiz bundan sonra da xalqlarımızın mənafelərinə uyğun olaraq möhkəmlənəcək və genişlənəcək.

Hörmətli cənab Prezident, Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

S.Xankişiyeva

 

Paylaş:
372

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb19 / 04 / 2024, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVA19 / 04 / 2024, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklər19 / 04 / 2024, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO19 / 04 / 2024, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİB19 / 04 / 2024, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıb19 / 04 / 2024, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcək19 / 04 / 2024, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub19 / 04 / 2024, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edib19 / 04 / 2024, 15:45
Bütün xəbərlər