Prezident İlham Əliyev Çinin xarici işlər nazirini qəbul edib – FOTO – YENİLƏNİB | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyev Çinin xarici işlər nazirini qəbul edib – FOTO – YENİLƏNİB

12:50 - 23 / 05 / 2019
Prezident İlham Əliyev Çinin xarici işlər nazirini qəbul edib – FOTO – YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 23-də Çin Xalq Respublikasının Xarici İşlər naziri Van Yinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, dövlətimizin başçısı, ilk növbədə, Çində keçirilən ikinci “Bir kəmər, bir yol” Beynəlxalq Forumuna dəvətə görə Çin tərəfinə minnətdarlığını bildirərək, bunu ölkələrimiz arasında dostluq münasibətlərinin göstəricisi kimi dəyərləndirdi.

Prezident İlham Əliyev Forumun uğurla keçirilməsi və bu mötəbər beynəlxalq tədbirdə qəbul olunan qərarlar münasibətilə təbriklərini çatdırdı. Dövlətimizin başçısı, eyni zamanda, Çin Xalq Respublikasının Sədri Si Cinpinin 28 May - Respublika Günü münasibətilə təbrik məktubunu göndərməsi ilə bağlı minnətdarlığını çatdırmağı xahiş etdi. Prezident İlham Əliyev bildirdi ki, Çinə son səfəri zamanı Çin Prezidenti ilə keçirilən görüşlər və aparılan səmərəli müzakirələr əlaqələrimizin strateji xarakter daşımasını bir daha təsdiq etdi. Dövlətimizin başçısı Çin Xalq Respublikasının Xarici İşlər nazirinin ölkəmizə səfərinin Azərbaycanla Çin arasında əməkdaşlığın çox yüksək səviyyədə olmasını nümayiş etdirdiyini bildirdi. Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan Çini daim onun üçün vacib olan məsələlərdə dəstəkləyir. İkitərəfli münasibətlərə toxunan dövlətimizin başçısı siyasi əlaqələrimizin yüksək səviyyədə olduğunu və iqtisadi-ticarət sahəsində əməkdaşlığımızın yaxşı perspektivlərə malik olduğunu qeyd etdi. Prezident İlham Əliyev bir daha Çin Xalq Respublikasına səfərini xatırlayaraq, orada Çinin aparıcı şirkətlərinin rəhbərləri ilə keçirdiyi görüşlərin ölkələrimiz arasında ticarət, investisiya və digər sahələrdə əməkdaşlığın genişlənməsi baxımından önəmini vurğuladı. Dövlətimizin başçısı bildirdi ki, Azərbaycan Asiya və Avropa arasında vacib tranzit məntəqəsinə çevrilib və nəqliyyat sahəsinin inkişaf etdirilməsi ölkəmizin prioritetlərindən biridir. Dövlətimizin başçısı dedi ki, Azərbaycan “Bir kəmər, bir yol” layihəsini ilk dəstəkləyən ölkələrdən biri olub və ölkəmizin nəqliyyat infrastrukturu bu layihə çərçivəsində nəqliyyat daşımaları üçün istifadə edilə bilər.

Xarici İşlər naziri Van Yi Çin Xalq Respublikasının Sədri və onun qeyd etdiyi kimi, Prezident İlham Əliyevin dostu Si Cinpinin salamlarını dövlətimizin başçısına çatdırdı. Qonaq Azərbaycana ilk dəfə səfər etməsindən məmnunluğunu ifadə edərək, Bakının dünyada məşhur şəhər olduğunu və ilk saatlardan paytaxtımızın gözəlliyinin dərin təəssürat bağışladığını dedi. O bildirdi ki, Çin-Azərbaycan əlaqələri strateji xarakter daşıyır və ölkəsi Azərbaycanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir. Van Yi qeyd etdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda siyasi və sosial sabitlik təmin olunub, ölkəmiz iqtisadi baxımdan davamlı inkişaf edir, əhalinin rifah halı ardıcıl surətdə yüksəlir, Azərbaycanın beynəlxalq aləmdə nüfuzu daim artır və möhkəmlənir. Ölkəmizin uğurlarının Çində maraqla izlənildiyini bildirən qonaq əldə olunan bu nailiyyətlər və eyni zamanda, qarşıdan gələn 28 May - Respublika Günü münasibətilə təbriklərini çatdırdı.

Dövlətimizin başçısı Çin Xalq Respublikasının Sədri Si Cinpinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Çin dövlətinin başçısına çatdırmağı xahiş etdi.

Söhbət zamanı “Bir kəmər, bir yol” layihəsi çərçivəsində Azərbaycan və Çin arasında əməkdaşlıq üçün geniş imkanların olduğu vurğulandı, nəqliyyat, enerji, sənaye, turizm və informasiya-kommunikasiya texnologiyaları sahəsində əlaqələrin inkişafına dair geniş fikir mübadiləsi aparıldı.

10.53

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 23-də Çin Xalq Respublikasının xarici işlər naziri Van Yinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla xəbər verir.                           

S.Xankişiyeva

Paylaş:
725

Son xəbərlər

Növbəti köç karvanı Füzuliyə çatıb - YENİLƏNİBBu gün, 11:55Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcəkBu gün, 10:56Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaqBu gün, 10:44Xankəndidə avtomat və qumbaralar aşkarlanıbBu gün, 10:35Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıbBu gün, 10:23NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıbBu gün, 10:01Xırdalanda partladıcı və qumbaralar tapılıb - VİDEOBu gün, 09:46Azərbaycan neftinin qiyməti 89 dolları ötübBu gün, 09:44Ötən gün vətəndaşlardan götürülən silahların sayı açıqlandıBu gün, 09:29Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:22Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülübBu gün, 09:08Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıbBu gün, 08:58İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58
Bütün xəbərlər