İlham Əliyev Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisini qəbul edib | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisini qəbul edib

13:24 - 20 / 11 / 2018
İlham Əliyev Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisini qəbul edib

Prezident İlham Əliyev noyabrın 20-də Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülerin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, dövlətimizin başçısı Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə, o cümlədən hərbi sahədə uğurla inkişaf etdiyini vurğulayaraq ölkələrimizin dövlət başçıları arasında müntəzəm görüşlərin əlaqələrimizin möhkəmlənməsində xüsusi rol oynadığını qeyd etdi və bu görüşlərin ölkələrimizi bir-birinə daha da yaxın etdiyini bildirdi. Prezident İlham Əliyev bildirdi ki, bu il Bakıda Türkiyə zabitlərinin də iştirak etdiyi iki hərbi paradın keçirilməsi, xüsusilə Bakının işğaldan azad edilməsi ilə bağlı təşkil edilmiş hərbi parad bütün dünyada böyük maraqla izlənilib və bu tədbirlər bir daha Türkiyə-Azərbaycan birliyini nümayiş etdirib. Dövlətimizin başçısı hərbi sahədə əməkdaşlığımızın genişlənməsində Azərbaycan ilə Türkiyənin birgə hərbi təlimlərinin böyük önəm daşıdığını bildirdi. Prezident İlham Əliyev Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülerin səfərinin ikitərəfli münasibətlərimizin daha da inkişaf etdirilməsi işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə etdi.

Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Güler Azərbaycana səfərindən və Prezident İlham Əliyevlə görüşdən böyük qurur hissi keçirdiyini bildirdi. Yaşar Güler qeyd etdi ki, bir millət, iki dövlət olan Türkiyə ilə Azərbaycan ortaq tarixə, mədəniyyətə malikdirlər və ölkələrimiz arasında strateji iş birliyi gündən-günə möhkəmlənməkdədir. O, bir daha Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illik yubileyi münasibətilə dövlətimizin başçısını təbrik etdi və bu əlamətdar hadisədən Türkiyənin də qürur hissi keçirdiyini vurğuladı. Yaşar Güler Azərbaycanın gələcəkdə də böyük inkişafa nail olacağına əminliyini ifadə etdi. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan Yaşar Güler qeyd etdi ki, bu, Azərbaycan üçün önəmli olduğu qədər Türkiyə üçün də önəmli məsələdir.

Söhbət zamanı noyabrın 21-də Bakıda keçiriləcək Azərbaycan-Türkiyə-Gürcüstan ordu rəhbərlərinin görüşünün əməkdaşlığın genişlənməsi baxımından önəmi qeyd edildi.

Sonda Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Güler dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim etdi.

1news.az

Paylaş:
438

Son xəbərlər

Qırğızıstan Prezidenti Füzulidə səfərdədirBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıb - VİDEOBu gün, 10:00“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 10:00Bakı-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə əlavə qatar təyin edilibBu gün, 09:57AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:35Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edibBu gün, 09:28ABŞ qüvvələrinin Nigerdən çıxarılması müzakirə olunacaqBu gün, 09:21Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:03Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdı24 / 04 / 2024, 17:18
Bütün xəbərlər